Previous Next
Bağla

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019 13:32
İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

Hər ikinci Rusiya vətəndaşı (44%) kolleqalarının məxfi məlumatlarını görüb. Söhbət məvacibin məbləği, illik bonuslar, bank məlumatları və ya şifrələrdən gedir.

Xeberler.az bildirir ki, “Kaspersky Lab” bu nəticələri “Rəqəmsal qarışıqlıq” araşdırmasında əldə edib. Korporativ serverlərdə müxtəlif şəxsi məlumatlar saxlanılır və bu məlumatların sızması təkcə kollektivin münasibətlərinin pisləşməsinə deyil, həmçinin kiberhadisələrə və informasiya təhlükəsizliyinin qorunması haqqında qanunun tələblərinin pozulmasına görə tənzimləyici tərəfindən cərimələnməyə səbəb ola bilər. Bununla belə, istifadəçilərin yalnız 28% -i müntəzəm olaraq işlədikləri sənəd və xidmətlərə kimin çıxışı olduğunu yoxlayır və lazımi dəyişiklikləri edir. Bir işçinin şirkətdən ayrıldığı və ya başqa bir şöbəyə keçdiyi zaman, təşkilatı və onun işçilərini riskə atmamaq üçün onun korporativ qovluqlara və xidmətlərə çıxışı dərhal məhdudlaşdırılmalıdır. Ancaq buna hər yerdə və həmişə əməl etmirlər. Şirkətlərin məlumatlara çıxışı tənmizləyən siyasətlərinin olmaması səbəbindən sənədlərin şirkət daxilində və xaricində saxlanılması və köçürülməsi nəzarətsiz həyata keçirilir. "”Rəqəmsal qarışıqlıq” adlandırdığımız bu hal, xüsusilə kiçik, biznesin inkişafını təhlükəsizlikdən daha üstün tutan şirkətlərə aiddir. Bir çox hallarda ofis fəaliyyəti məxfi məlumatların istifadəsini nəzərdə tutur. Mümkün risklərdən qorunmaq üçün şirkətlər işçilərin rəqəmsal savadlılığını artırmalı və sənədlərə çıxış hüquqlarını məhdudlaşdıran siyasət tətbiq etməlidirlər. Bunun üçün xüsusi həllər və xidmətlərdən istifadə oluna bilər" deyə "Kaspersky Lab" şirkətinin kiçik və orta biznes üçün satışlar üzrə rəhbəri Timur Bigulov bildirib.

Rəqəmsal savadlılığı artırmaq üçün şirkətlər, məsələn “Kaspersky Security Awareness” çərçivəsində təlimlərdən biri olan xüsusi məlumatlandırma proqramından istifadə edə bilərlər. Burda oyunlarla yanaşma, praktiki məşqlər, hücumların imitasiyası və digər interaktiv üsullardan istifadə olunur.
Korporativ məlumatların etibarlı qorunması və şəbəkənin təhlükəsizliyinin təmin edilməsi üçün veb təhdidlərdən qorunma, faylların və poçt serverlərinin qorunması funksiyalarına malik “Kaspersky Endpoint Security Cloud” həlli yardım edə bilər. Həllə daxil edilmiş şifrələnmə funksiyası isə gizli məlumatlara icazəsiz daxil olmaların qarşısını alır. Poçt trafikinin təhlükəsizliyini təmin etmək üçün isə “Kaspersky Security” həllini istifadə etmək olar. Bu həll işçiləri spam və zərərli əlavələrdən qoruyur.

 “Rəqəmsal qarışıqlıq” (Digital Clutter) araşdırması 2018-ci ilin dekabr - 2019-cu ilin
yanvar aylarında “Kaspersky Lab” şirkətinin sifarişi ilə “OnePoll” şirkəti tərəfindən keçirilib. Sorğu zamanı eyni vərdişlərin evdə və işdə insana təsiri araşdırılıb. Sorğuda dünya üzrə fəaliyyət göstərən şirkətlərin 7000 işçisi iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

Kaspersky Lab məişət və rəqəmsal vərdişlər arasında əlaqəni araşdırıb

03-05-2019
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Bu  proqram şifrənin təhlükəsizliyini yoxlayır

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

Spam zənglərin intensiv olduğu vaxtlar müəyyənləşdirilib

23-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə