Previous Next
Bağla

Bu smartfonlar istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

28-04-2023 13:00
Bu smartfonlar istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Nitrokey adlı şirkət aşkar edib ki, Snapdragon prosessorları vasitəsilə çalışan smartfonlar istifadəçi məlumatlarını gizli şəkildə Qualcomm şirkətinə ötürür.

Xeberler.az bildirir ki, bu barədə Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, bu proses istifadəçinin xəbəri olmadan reallaşdırılır və məlumatlar şifrələnməmiş şəkildə ötürülür. Mütəxəssislər bildiriblər ki, Qualcomm-un prosessorları Android əməliyyat sisteminin istənilən ayarından və qorunma mexanizmindən yan keçərək məlumatların ötürülməsini reallaşdırırlar.

Bu, bir qayda olaraq hətta Google servislərinə sahib olmayan cihazlarda da baş verir. Mütəxəssislər bu halın yoxlanılması üçün Sony Xperia XA2 smartfonundan istifadə ediblər. İlk öncə onlar smartfona /e/OS əməliyyat sistemini quraşdırıblar.

 Bu, Android-in açıq mənbə koduna sahib təkmilləşdirilmiş versiyasıdır. Onun əsas üstünlüyü konfidensiallıq ilə bağlıdır. Belə ki, /e/OS-da Google servisləri mövcud deyil. Smartfonun ilkin ayarlanması çərçivəsində mütəxəssislər ona SIM kart yerləşdirməyiblər və smartfonun GPS vasitəsilə yerini təyin etmək funksiyasını aktivləşdirməyiblər. Smartfon yalnız idarə edilən Wi-Fi şəbəkəsinə qoşulu olub. Wi-Fi şəbəkəsi isə öz növbəsində Wireshark adlı proqram təminatı vasitəsilə monitorinq edilib. Smartfon Wi-Fi şəbəkəsinə qoşulan kimi router onun üçün lokal IP ünvan təyin edib və nəticədə smartfon trafik generasiyasına başlayıb. Maraqlısı ondadır ki, smartfon ilk növbədə android.clients.google.com-a sorğu göndərib. Halbu ki, smartfonda heç bir Google servisi ilə tətbiqi olmayıb.

 Android.clients.google.com hostu cihazların periodik qeydiyyatdan keçirilməsi, cihazların yerləşdikləri yerlərin təyin edilməsi, tətbiqlərin axtarışı və s. kimi məsələlərdə Google Play Store üçün xidmət göstərir. Daha sonra məlum olub ki, smartfon izatcloud.net adlı domenə sorğular göndərir. Mütəxəssislərin araşdırmalarına əsasən sözügedən domen Qualcomm şirkətinə məxsusdur. Bununla belə bu domenə istifadəçi məlumatları qorunmayan HTTP protokolu üzərindən göndərilib. Bu isə ötürülən məlumatların hackerlər tərəfindən ələ keçirilməsi ehtimalını yüksəldir. Məlum olub ki, Qualcomm istifadəçi barəsində çoxlu sayda məlumat yığır.

 Yığılan məlumatlar arasında smartfonun unikal identifikatoru, smartfonun sahib olduğu prosessorun seriya nömrəsi, XTRA proqram təminatının versiyası, ölkə kodu və mobil operatoru, əməliyyat sisteminin növü və versiyası, smartfon brendi və onun modeli, prosessorun və modemin çalışma müddəti, smartfona quraşdırılmış tətbiqlərin siyahısı və IP ünvanı var. Bundan əlavə olaraq Qualcomm istifadəçilərin yerləşdikləri yerləri yüksək dəqiqliklə təyin edə bilir. Bu, Qualcomm prosessorlarında şirkətin XTRA adlı özəl əməliyyat sisteminin olması ilə mümkündür. Sözügedən əməliyyat sistemi Android-dən müstəqil şəkildə çalışır. Qualcomm öz növbəsində bildirib ki, məlumatların yığılması tamamilə qanunidir və şirkətin konfidensiallıqla bağlı siyasətinə zidd deyil.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Google" Android 14 əməliyyat sisteminin beta versiyasını təqdim edib

13-04-2023

Google telefon istehsal edəcək

26-10-2009

Android ilə işləyən milyonlarla qurğu təhlükədədir

07-05-2016

Smartfonlar dünyada bahalaşacaq

02-09-2025

5G-ni dəstəkləyən oyun smartfonu yaradılır

31-07-2019

Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

11-11-2015

“Google” şirkəti “Android 4.4” platformasını təqdim edib

01-11-2013

Dünyanın ən sürətli adaptoru hazırlanıb

30-07-2020

Android planşetlər üçün Viber-də videozəng funksiyası istifadəyə verilib

04-06-2015

Ən təhlükəsiz smartfon hansıdır?

12-10-2018

Simmetrik dizayna malik smartfon təqdim olunub

27-08-2015

Google ChromeOS və Android əməliyyat sistemlərini birləşdirəcək

16-07-2025

Google istifadəçilərin konfidensial məlumatlarını ötürür

18-05-2022

Google Android əməliyyat sistemini PC-lərə gətirəcək

30-10-2015

Google böyük miqdarda cərimə ödəyə bilər

13-04-2018

BlackBerry Android sistemli smartfon istehsal edib

06-11-2015

Android ən populyar mobil ƏS olub

14-02-2011

Nokia-nın ən bahalı telefonu- 750 avro

26-02-2018

"Xiaomi" öz prosessorunu buraxacaq

29-11-2024

Smartfon sahiblərinin şəxsi məlumatlarını şirkətə ötürür

29-03-2021

“Google Chrome OS” bulud əməliyyat sisteminin sonu çatıb

17-12-2010

Yeni «Google» telefonu göstərildi

19-11-2010

2800 avroluq yeni Android-smartfon

30-03-2012

Android M rəsmi olaraq təqdim olunub

29-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə