Previous Next
Bağla

Google istifadəçilərin konfidensial məlumatlarını ötürür

18-05-2022 07:34
Google istifadəçilərin konfidensial məlumatlarını ötürür

Bloomberg saytının verdiyi məlumata əsasən Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamçılara inanılmaz miqyasda təqdim edir. Belə ki, məlumata əsasən şirkət gün ərzində məlumatların ötürülməsini bir neçə milyard dəfə reallaşdırır. Bu isə digər şirkətlərin məlumat ötürmə göstəricilərindən qat-qat yüksəkdir. Bloomberg bldirib ki, təkcə bu ilin yanvar ayından mart ayının sonuna kimi Google 68 milyard dollar dəyərində gəlir əldə edib və bu gəlirin 54 milyard dolları məhz reklamların payına düşüb. Digər şirkətlər Google-dan istifadəçilərin yerləşdikləri yerlər, vərdişləri, alış-verişləri və onların baxdıqları internet səhifələri və barəsində məlumatları əldə edirlər.

Xeberler.az bildirir ki, İrlandiya Vətəndaş Azadlıqları Şurasının məlumatına əsasən il ərzində reklam platformaları reklamçılara istifadəçilərin məlumatlarını 178 trilyon dəfə ötürürlər. Lakin Google şirkəti təkcə Avropa və ABŞ-da istifadəçi məlumatlarını reklamçılara hər gün 70 milyard dəfə ötürür. Bloomberg qeyd edib ki, smartfonda açılmış hər bir tətbiq və ya veb səhifə istifadəçinin diqqətini cəlb etmək yolunda bir növ ticarət platformasına çevrilir. Belə ki, smartfon target edilmiş reklam elanlarının sərgilənməsi üçün istifadəçi barəsində olan məlumatları üçüncü tərəflərə ötürür. Nəticədə qalib reklamçı həmin məlumatların əldə edilməsi imkanı üçün daha çox vəsait ödəyən reklamçı olur.

  Bloomberg-in verdiyi məlumata əsasən Google ABŞ-dan olan istifadəçilərin konfidensial məlumatlarını 5000 təşkilata ötürür. Bununla belə ötürülən məlumatlar istifadəçilərin sahib olduqları mənfi cəhətləri əhatə edən xüsusi qeydləri də özlərində birləşdirirlər. Məsələn istifadəçi qanunla bağlı problemlərə, narahatlıq pozğunluqlarına sahib olduğu və ya zorakılığı dəstəklədiyi halda onun məlumatları bu cür problemləri əhatə edən xüsusi qeydlərlə işarələnir. İstifadəçi məlumatlarının bu cür ticarət edilməsi isə öz növbəsində onların ələ keçirilməsinə və dələduzlara ötürülməsinə şərait yaradır. Jurnalistlər qeyd ediblər ki, smart cihazların məşhurluqları artdıqca bu vəziyyət daha da pisləşəcək. Belə ki, istifadəçi məlumatlarını təkcə smartfonlar deyil, həmçinin smart səsgücləndiricilər və qolbaqlar da ötürürlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

14-11-2013

Avropa Komissiyası “Google”u cərimələyib

06-09-2025

Google istifadəçilərin maliyyə məlumatlarını toplayacaq

02-07-2015

Google Play App Store-u üstələdi

11-05-2015

Google Apple-a 1 milyard dollar niyə ödəyib?

22-01-2016

Microsoftun yeni brauzeri Google -un reklam strategiyasına zərbə vura bilər

29-08-2008

Google-dən yenilik

09-11-2009

OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

10-04-2026

Mobil reklam 200 milyard dollara çatacaq

16-04-2015

GOOGLE öz istifadəçiləri vasitəsilə interaktiv reklam layihəsini həyata keçirməyə hazırlaşır.

15-10-2008

Kaliforniya məhkəməsi "Google"a 314 milyon dollar ödəməyi məcbur edib

02-07-2025

"YouTube" istifadəçilərinə yeni ödəmələr tətbiq olunacaq

22-05-2021

Google Android-dən 31 milyard dollar gəlir əldə edir

22-01-2016

Kiçik bir səhv Google şirkətinə baha başa gəldi

07-12-2018

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015

Bu smartfonlar istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

28-04-2023

“Google” ABŞ-ın axtarış sistemi bazarının 2/3 hissəsini tutur

16-11-2013

Google AdWords artıq iOS-da

30-01-2016

Google Google Play-ə yenilik gətirir

28-02-2015

Google Azərbaycanın internet reklamı bazarına maraq göstərir

22-10-2015

Google ilə Apple arasındakı əməkdaşlıq

02-10-2018

Google Chrome-ın məlumatları oğurlanıb

13-04-2015

Twitter istifadəçilərinə pul qazanma şansı verir

15-09-2009

Mobil əlavələr istifadəçi məlumatlarını üçüncü tərəfə ötürür

11-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə