“Qualcomm” smartfonlar üçün “Quick Charge 5” sürətli şarj cihazı hazırlayıb.
Xeberler.az bildirir ki, yeni cihaz sayəsində bir smartfon batareyası beş dəqiqə ərzində sıfırdan 50 faizədək yüklənə biləcək.
Şirkətin mühəndisləri yeni standartı 4500 milliamper/saat-lıq iki elementli batareyaya sahib cihazlarda da sınaqdan keçiriblər.
“Qualcomm” mütəxəssislərinin sözlərinə görə, 100 vatt doldurulduqda, yük hər iki batareya elementləri arasında bərabər (hər biri təxminən 50 vatt) paylanır.
“Qualcomm” yeni standartın “USB Power Delivery” protokolunu dəstəklədiyini vurğulayıb, yəni bundan yalnız smartfonların deyil, həm də kompüterlərin şarjı üçün istifadə edilə bilər.
Bundan əvvəl bildirilmişdi ki, hakerlər telefon şarj cihazlarını uzaqdan yandırmağı öyrəniblər. Onlar devaysın müdafiə proqramından yan keçərək, sürətli şarjı dəstəkləyən istənilən smartfona uzaqdan qoşula bilirlər və şarjda olan cihaza daxil olaraq, batareyaya həddən artıq güc tədarükünə səbəb olurlar. Nəticədə, smartfon isinməyə başlayır və yanır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri