“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

29-01-2015 / 11:34

“2012-ci buraxılış ilində  ali təhsil ixtisasları üzrə  33 min 891 ədəd diplom, orta ixtisas üzrə isə 15min 217 , 2013 - cü ildə  isə 35min 108 ədəd  ali ixtisas  diplomu, orta ixtisas üzrə 11min 753 diplom işi elektron portalda yerləşdirilib”.

Bunu Xəbərlər.az-a Təhsil Nazirliyinin Statistika və Proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov elektron formada diplomların məlumat bazası ilə bağlı açıqlamasında deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda ötən ilin buraxılış diplomlarının elektronlaşdırılması istiqamətində işlər aparılır:

“Hazırda əvvəlki illərin diplomları da  daxil olmaqla bütün diplomların elektron bazası hazırlanır. Yaxın vaxtlarda bütün diplomlar elektron formada olacaq”.

Şöbə müdiri bu sahədə üzləşdikləri problemləri də diqqətə çatdırıb:

“Diplomların elektron formasına baxmaq üçün axtarış bölməsinə  şəxsin adının, soyadının və ata adının baş hərfini, həmçinin diplomun nömrəsini qeyd etmək lazımdır. Amma bəzən  təhsil müəssisələrindən bizə daxil olan blanklarda texniki yanlışlıqlar olur və bu bu faktları dəqiqləşdirmək vaxtımızı alır. Bu səbəbdən bu istiqamətdə fəaliyyətlərimiz ləngiyir. Belə  yanlışlıqlar  baş verməsin deyə  diplomlar proqram təminatı ilə hazırlanır”.

Təhsil Nazirliyi üçün elektron formada diplomların məlumat bazası və diplomların mərkəzləşdirilmiş yoxlama portalının hazırlanması üzrə işlər davam etdirilir.

Məltəm Talıb

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.