“ByteDance” “TikTok”u Amerikaya satmaq niyyətində deyil

08-07-2025 / 09:08

Çinin texnologiya şirkəti “ByteDance” “TikTok”un nəzarət paketini “Oracle”ın rəhbərlik etdiyi Amerika şirkətləri qrupuna satmağı planlaşdırmır.

Xebeler.az bildirir ki, bu barədə “Keçuanban jibao” nəşri məlumat yayıb.

Baş şirkətin “TikTok”un Amerika biznesinə “Oracle”ın rəhbərlik etdiyi ABŞ şirkətləri qrupuna satmağa və azlıq payını saxlamağa razı olub-olmaması ilə bağlı suala cavab olaraq “ByteDance”dan nəşrə bildirilib ki, məlumat doğru deyil. "Oxşar söz-söhbətlər aprel ayında da yayıldı və “ByteDance” rəsmi olaraq təkzib verdi", - Çin şirkətindən bildirilib.

Daha əvvəl “The Information” portalı məlumat yayıb ki, “TikTok”un “Oracle”ın daxil olduğu bir qrup investora satılması ilə bağlı razılaşma həyata keçirilməyə yaxındır.

İyunun 29-da ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, “bir qrup çox varlı insan” “TikTok”u “ByteDance”dən almağa hazırdır. Tramp daha sonra qeyd edib ki, o, bu alıcıların adını təxminən iki həftə ərzində deməyə hazır olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə