Çinin “BeiDou-3” naviqasiya sisteminə aid sonuncu ehtiyat 2 peyk orbitə çıxarılıb.
Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, peykləri orbitə aparan “Uzun yürüş-3B” (“Long March-3B”) daşıyıcı raketinin buraxılışı Siçuan əyalətindəki Siçanq buraxılış məntəqəsində yerli vaxtla saat 09:14-də baş tutub.
Orta Yer orbitində fəaliyyət göstərəcək peyklər sistemin etibarlılığını artıracaq, yerləşmə, naviqasiya, zamanlama, habelə istifadəçilər üçün qısa mesaj xidmətlərinin keyfiyyətini artıracaq.
Qeyd edək ki, “BeiDou-3” naviqasiya sisteminin ehtiyat peyklərindən başqa, orbitdə daha 30 peyki də var. Onların istismar müddəti 10 ildir. Ən uzun müddət istismar olunan peykin 6 yaşı var. Növbəti mərhələdə “BeiDou-4” sistemi üçün yeni peyklər orbitə çıxarılacaq.
Çin 3 mərhələdə özünün peyk-naviqasiya sisteminin formalaşdırılmasına başlayıb. Yalnız ölkə ərazisində xidmətlər göstərən birinci mərhələnin formalaşdırılması 2000-ci illərin sonunda başa çatıb. 2012-ci ildə başa çatan ikinci mərhələdə sistemin Asiya və Sakit okean hövzəsi regionunda xidmətlər göstərməsi təmin olunub. Üçüncü mərhələdə (2020-ci il) isə sistemin bütün dünyanı əhatə etməsi mümkün olub. “BeiDou” sisteminin xidmətlərindən nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması da daxil olmaqla bir çox istiqamətlər üzrə geniş istifadə olunur. Çindəki internetə çıxışı olan smartfonların 70 faizdən çoxu “BeiDou” sistemindən istifadə edir.
“BeiDou” sistemi dünyada GPS (ABŞ), “Glonass” (Rusiya) və “Galileo”dan (Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri