Previous Next
Bağla

Cisco-nun 25 yaşı tamam olur

26-11-2009 15:32
Cisco-nun 25 yaşı tamam olur

Cisco şirkətinin Baş İcraçı Direktoru, dirketorlar şurasının sədri Con Çembers (John Chambers) nüfuzlu US News&World Report jurnalının dərc etdiyi müasir Amerikanın liderləri siyahısında informasiya və kommunikasiya texnologiyaları sahəsini təmsil edən yeganə şəxs olub.

Xeberler.az bildirir ki, onunla birlikdə bu şərəfə ABŞ Federal Ehtiyat Sisteminin sədri Ben Bernanke, Nyuark (Nyu-Cersi ştatı) şəhərinin meri Kori Buker, əfsanəvi vençur kapitalisti Con Doerr, senatorlar Ted Kennedi (siyahıya əbədi olaraq daxil edilib) və Orin Xetç, bir universitet rektoru, bir neçə hərbi qulluqçu və digər tanınmış insanlar layiq görülüblər.

Müasir Amerikanın liderləri siyahısı Harvard Universiteti yanında fəaliyyət göstərən “Cəmiyyət üçün rəhbərlərin hazırlanması mərkəzi”nin (Center for Public Leadership) təşəbbüsü ilə “US News&World Report” jurnalı tərəfindən 2006-ci ildən dərc olunur. Hər il sözügedən Mərkəz akademik, hökumət, özəl və ictimai təşkilatları təmsil edən nümayəndələrdən ibarət jüri formalaşdırır ki, həmin jüri də müasir Ameikanın liderləri adını daşımağa layiq olanları seçir.

10 dekabr tarixində Cisco şirkətinin 25 yaşı tamam olur. Bu müddətin 14 ili ərzində şirkətə məhz Con Çembers rəhbərlik edir. Con Çembersin şirkətin inkişafında olan böyük əməyini göstəmək məqsədilə bir faktı qeyd edək. 1995-ci ildə (Con Çembersin Cisco-nun rəhbəri vəzifəsinə təyin olunduğu il) Cisco-nun illik dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edirdi. 2009-cu maliyyə ilində isə bu göstərici artıq 36 milyard ABŞ dollarını keçmişdir. 1996-2000-ci illər ərzində Cisco-nun satış həcmi hər il orta hesabla 57% artırdı, və nəticə kimi, 2000-ci ildə şirkətin bazar kapitallaşması yarım trillion ABŞ dollara çatıb. Qeyd etmək lazımdır ki, indiyədək bu göstəriciyə heç bir şirkət nail ola bilməyib.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015

Azərbaycanın İT mütəxəssisləri beynəlxalq müsabiqəyə hazırlaşır

30-11-2015

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

Apple-ın dəyəri 600 milyard dolları ötdü

11-04-2012

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

Cisco Systems əməkdaşlarını işdən azad edəcək

13-05-2011

Cisco OpenDNS-i 635 milyon dolllara satın aldı

01-07-2015

“Bölünmüş şəbəkələrdə Cisco WAAS-ın tətbiqi” mövzusunda vebinar keçirəcək

02-06-2010

Yerli şirkət “Cisco”nun ən yaxşı premyer-partnyoru seçilib

04-03-2013

AzTU-da Cisco akademiyası fəaliyyətə başlayıb-Foto

06-06-2016

“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər daxil olur

27-10-2009

Cisco TANDBERG şirkətini almaq üçün rəsmi təklif göndərdi

07-10-2009

Wi-Fi bazarının həcmi iki dəfə artacaq

26-08-2015

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27-05-2010

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

Kənd məktəblərinin şagirdləri şəbəkə texnologiyaları üzrə təhsil alacaqlar

29-05-2015

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə