Previous Next
Bağla

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026 14:41
“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilən “ConstructionTech Incubation” layihəsi çərçivəsində inkubasiya proqramı başa çatıb və qaliblər müəyyənləşdirilib.

Xeberler.az bildirir ki, bu barədə AzMİU-dan məlumat verilib. Bildirilib ki, layihənin əsas məqsədi tikinti və inşaat sahəsində innovativ startap təşəbbüslərinin inkişafını təşviq etmək, gənclərin rəqəmsal bacarıqlarını gücləndirmək və yeni texnoloji həllərin formalaşmasına dəstək verməkdir. Proqram çərçivəsində iştirakçılar üçün təlimlər, mentorluq görüşləri və ustad dərsləri təşkil olunub.

AzMİU rəhbərliyinin nümayəndələri çıxışlarında layihənin ölkədə innovasiya ekosisteminin formalaşmasına töhfə verdiyini, universitetdə innovasiyayönümlü təhsil mühitinin yaradılmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, proqram iştirakçılarının əldə etdiyi bilik və təcrübə onların gələcək peşəkar fəaliyyətində mühüm rol oynayacaq.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi layihənin uğurla icra edildiyini, iştirakçıların fəallığının və marağının yüksək səviyyədə olduğunu bildirib və belə təşəbbüslərin davamlılığının vacibliyini qeyd edib.

Məlumata görə, inkubasiya proqramına ümumilikdə 18 komanda müraciət edib, onlardan 11-i seçilərək proqrama cəlb olunub. İnkubasiya dövründə 10 təlimçi tərəfindən 20 təlim keçirilib, 12 mentor və 5 ekspertin iştirakı ilə ustad dərsləri təşkil olunub. Seçim meyarlarına əsasən, 6 startap komandası final mərhələsinə yüksəlib.

Final günü münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 3 startap komandası qalib elan olunub. Birinci yerə “Contheron” komandası layiq görülərək 5500 manat mükafat qazanıb. İkinci yerin qalibi “İnvictus” komandası 4000 manat, üçüncü yerin sahibi olan “Groove” komandası isə 3000 manat mükafat əldə edib.

Qeyd edək ki, “ConstructionTech Incubation” kimi layihələr AzMİU-nun innovasiyayönümlü memarlıq və inşaat təhsili sahəsində mövqeyini gücləndirməklə yanaşı, gənclərin startap ekosisteminə inteqrasiyasına və texnoloji sahibkarlığın inkişafına mühüm töhfə verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap yolunda ilk addım: Gənclər hakatonda bacarıqlarını nümayiş etdirir

13-05-2025

AzMİU-da SSJ tələbə startap düşərgəsinin qalibləri mükafatlandırılıb

06-05-2025

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025

AzMİU komandası “Robotex Türkiye EurAsia – Azerbaijan 2025”in qalibi olub

20-05-2025

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

08-04-2025

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

AzMİU Koreyanın inşaat texnologiyaları ilə bağlı təcrübəsindən yararlana bilər

23-10-2024

“Startap Günləri”nə rəsmi start verilib!

15-05-2026

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018

Azərbaycan AgroX innovasiya proqramına start verir

15-05-2019

İRİA tərəfindən Sumqayıt gənclərinə 10 min manat dəyərində mükafat

10-04-2025

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

02-05-2025

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilib

22-05-2026

Digital Startup Awards proqramının qrand-finalı keçirilib

17-12-2025

“Bitget Hackaton – Startap” müsabiqəsinin finalı keçirilib

19-05-2025

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

25-05-2026

Azərbaycan AgroX innovasiya proqramına start verir

19-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə