Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında əməkdaşlıq memorandumu imzalanıb.
Xeberler.az bildirir ki, Milli Aviasiya Akademiyasından verilən məlumata görə, memorandum tərəflər arasında tələbələrin innovasiyayönümlü ekosistemin inkişafını və startap təşəbbüslərinin təşviqini, tədqiqat və təlim layihələrinin birgə həyata keçirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində tələbələr Dövlət Agentliyinin tabe strukturlarının fəaliyyət istiqamətinə uyğun olaraq müxtəlif təlim, mentorluq və inkişaf proqramlarında iştirak edəcək, süni intellekt sahəsində əməkdaşlıq imkanları, startap və pilot layihələrdə təcrübə imkanı əldə edəcəklər. Akademik heyət isə tədqiqat layihələrinə cəlb olunacaq.
Qarşılıqlı əməkdaşlıq tələbələrin praktiki bacarıqlarının artırılması, innovativ ideyaların reallaşdırılması və dövlət xidmətlərinin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları