Previous Next
Bağla

Növbəti hərracda yüksək rəqabət

25-09-2018 14:30
Növbəti hərracda yüksək rəqabət

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda elektron formada sifarişlərin verilməsi, hərrac keçirilən yerə getmədən virtual iştirak imkanları məkan və zaman anlayışlarını aradan qaldırıb. Sürətli və əlçatan prosedurlar, dövlət əmlaklarının müxtəlifliyi sifarişçi sayını artırır, prosesdə rəqabəti təmin edir.

Xeberler.az  bildirir ki, özəlləşdirmədə elektron sistemin tətbiqi ilə 25 sentyabr tarixində növbəti hərrac reallaşdı. Müasir hərracın üstünlükləri şəffaf və operativ prosesdə rəqabətli mühit yaratdı. Belə ki, ayın son hərracında 10 dövlət əmlakı üzrə 22 sifariş qəbul edilmişdir. İştirakçılardan 7-si seçdiyi dövlət əmlakına elə olduğu məkandan onlayn formada sifariş vermişdir.

Nəqliyyat vasitələri üzrə iştirakçıların aktivliyi ilə hərracda yüksək rəqabət müşahidə olundu. Buraxılış ili 2008 olan QAZ-31105-100 markalı avtomobil üçün 6-sı elektron olmaqla 10 sifariş qəbul edilmişdir. İştirakçılar arasında mübarizə ilkin hərrac qiyməti 2 min manat olan dövlət əmlakının satış qiymətini 4 min 350 manata yüksəltdi. Analoji hal VAZ-21213 markalı nəqliyyat vasitəsi üçün də xarakterikdir.

Buraxılış ili 2003 olan bu avtomobilin hərracında 4 sifarişçi iştirak etdi. Hərrac prosesində bu dövlət əmlakının start qiyməti 3 dəfədən çox artdı. 1300 manat ilkin qiymət təyin olunan avtomobilə 4 min 50 manat təklif edən iştirakçı hərracın qalibi oldu.

Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri olan Xalac Kənd Sənətkarlıq evi Salyan rayonu, Abad kəndində yerləşir. Dövlət əmlakının ümumi faydalı sahəsi 1208 kv.m-dir. Sifarişçi torpaq sahəsi ilə birgə bu əmlaka sahib olmaq üçün 25 min manat təklif etdi. Cəlilabad rayonunda Qarakazımlı kənd Mədəniyyət evi, Asfalt zavod sexinin yarımçıq tikilisi, Tərtər rayonunda Sarov kənd klubu da özəlləşdirilən dövlət müəssisələridir.

Bakı və Sumqayıtda yerləşən qeyri-yaşayış sahələri müxtəlif sahələr üzrə xidmət fəaliyyəti üçün uğurlu seçimdir. Bu obyektlərin ümumi faydalı sahəsi 33,7 kv.m ilə 97,8 kv.m aralığındadır. Binəqədi rayonu, Ə.Naxçıvani küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49,8 kv.m-dir. Sifarişi elektron formada vermiş vətəndaş bu əmlaka sahib olmaq üçün 6 min manat təklif etdi. Keçirilən hərracın nəticələri ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytı və özəlləşdirmə portalına daxil ola bilər.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 2 oktyabr tarixində baş tutacaq. Prosesə ümumilikdə 93 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 30-u qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
20 noyabr hərracı: 9 elektron sifariş verildi

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018
13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

13 dövlət əmlakı özəlləşdirildi: 2-si elektron olmaqla, 22 sifariş verilib

26-02-2019
15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019
Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

04-12-2018
10 dövlət əmlakına 17 sifariş verildi

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018
Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

Rəqabətli hərrac: 6 dövlət əmlakına 12 sifariş verildi

09-04-2019
18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

18 dövlət əmlakına 5-i onlayn olmaqla, 43 sifariş verildi

05-03-2019
26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019
Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

Dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəldi

27-11-2018
Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

Növbəti hərrac keçirildi: hansı əmlaklar rəqabət yaratdı?

22-01-2019
23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019
Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

Komitədə rəqabətli hərrac: 7 dövlət əmlakına 16 sifariş

12-03-2019
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018
Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

Rəqabətli hərracda 17 dövlət əmlakı özəlləşdirildi

29-01-2019
2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019
Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

Yeni məkanda keçirilən ilk hərracda 5 elektron sifariş verilib

13-02-2019
Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

Növbəti hərracda özəlləşdirilən dövlət əmlakları

19-02-2019
Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

Rəqabət dövlət əmlaklarının ilkin hərrac qiymətini 3 dəfə artırdı

27-03-2019
19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19 mart hərracı: 11 dövlət əmlakına 14 sifariş verildi

19-03-2019
Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

Mayın ilk hərracı: özəlləşməyə 85 dövlət əmlakı çıxarıldı

09-04-2019
10 dövlət əmlakına 49 sifariş verildi

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018
Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

Özəlləşdirmədə onlayn iştirak: 51 dövlət əmlakı hərraca çıxarıldı

11-02-2019
Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

Bu dəfə özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı

15-04-2019
2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

2019-cu ilin ilk hərracı: 147 dövlət əmlakı özəlləşməyə çıxarıldı

03-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə