Previous Next
Bağla

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017 15:49
Kimya jurnalının saytı təqdim edildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Kimya jurnalının yeni yaradılmış akj.az veb-saytının təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, mərasimdə çıxış edən akademik Rasim Əliquliyev AMEA-nın institut və təşkilatlarının elmi jurnallarının veb-saytlarının müasir dövrün çağırışlarına və beynəlxalq standartlara uyğun yaradılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu bildirib.

Sonra akademik Dilqəm Tağıyev AMEA-da nəşr olunan jurnalların yüksək keyfiyyətə malik olmasının vacibliyini qeyd edib. O, bildirib ki,  hər hansı bir elmi jurnalın dünyanın nüfuzlu elmi bazası olan Thomson Reuters-ə daxil edilməsi üçün əsas şərtlərdən biri də onun müasir tələblərə cavab verən veb-saytının olmasıdır.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək institutun mütəxəssisləri tərəfindən hazırlanmış akj.az saytının AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını, təhlükəsizliyin tam şəkildə təmin olunduğunu qeyd edib.

İnstitutun proqramçısı Sərxan Yolçuyev akj.az veb-saytı haqqında ətraflı məlumat verib. O,  bildirib ki, saytın Ana səhifəsi “Redaksiya heyəti”, “Jurnal haqqında”, “Arxiv” və digər bölmələrdən ibarətdir.  Onun sözlərinə görə, ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər də mövcuddur. Saytın Ana səhifəsində jurnalın sonuncu buraxılışında dərc olunmuş məqalələrə baxmaq mükündür.

Sonra S.Yolçuyev məqalələrin onlayn olaraq jurnala göndərilməsi üçün hazırlanmış sistem haqqında məlumat verərək, məqalənin yerləşdirilməsi və onun redaktəsi, o cümlədən rəyin göndərilməsi qaydalarını izah edib.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

Elmi jurnalın saytı necə işlənilməlidir?

29-09-2017

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

28-04-2017

AMEA-nın televiziyası fəaliyyətə başlayır

23-11-2015

Multimedia Qalereyasının maddi-texniki bazası gücləndirilir

25-02-2016

İnformasiya Texnologiyaları İnstitutunda son zamanlar həyata keçirilmiş işlərin təqdimatı olub

16-04-2012

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

12-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə