Previous Next
Bağla

Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

01-02-2019 16:55
Transliterasiya veb-saytının ilkin versiyasının təqdimatı keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarında “Transliterasiya” veb-saytının ilkin versiyasının təqdimatı keçirildi. Elmi seminarda AMEA-nın Şərqsünaslıq İnstitunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov, institutun direktoru, akademik Rasim Əliquliyev, texnologiyalar üzrə direktor müavini, dosent Rəşid Ələkbərov, şöbə müdiri Təhmasib Fətəliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, eləcə də institutun mütəxəssisləri iştirak edirdilər.

Xeberler.az  bildirir ki, tədbiri giriş sözü ilə açan akademik Rasim Əliquliyev veb-saytın müasir dövrün çağırışlarına və beynəlxalq standartlara uyğun yaradılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu bildirdi.

Öncə çıxış edən institutun böyük elmi işçisi Səbinə Məmmədzadə fars dilində transliterasiya sisteminin işlənilməsi üçün fars-azərbaycan qrafikalarının transliterasiya alqoritminin hazırlandığını bildirdi və alqoritm haqqında ətraflı məlumat verdi.

Daha sonra institutun proqramçısı Yusif Sadıyev transliterasiya.az veb-saytını təqdim etdi. O, institutun mütəxəssisləri tərəfindən hazırlanan saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının İnternet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırıldığını, təhlükəsizliyin tam şəkildə təmin olunduğunu qeyd etdi. O, onlayn mühitdə işləyəcək açıq sistem olan transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fransız, alman, fars dilləri üçün nəzərdə tutulduğunu söylədi. Həmçinin, onun “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Təkliflər” və “Əməkdaşlıq” bölmələrindən ibarət olduğunu nəzərə çatdırdı.

Y.Sadıyev bildirdi ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilib və mətnləri Azərbaycan dilindən ingilis, rus, fransız, alman, fars dillərinə və bu dillərdən Azərbaycan dilinə transliterasiya cədvəlləri ilə yükləmək mümkündür. Onun sözlərinə görə, transliterasiya dildəki vahidlərin simvollarla, verilmiş dil vahidlərinin digər dil vahidləri ilə əvəzlənməsi üsulları ilə həyata keçiriləcək.

Məruzəçi veb-saytda mətnlərin Azərbaycan, ingilis, rus, fransız, alman, fars dillərinə və əksinə transliterasiya olunması ilə yanaşı, qeyd olunan dillərdə fəaliyyət göstərən istənilən veb-saytın transliterasiyasının da mümkün olduğunu vurğuladı:

“Bunun üçün istifadəçilər saytın transliterasiyası bölməsinə daxil olaraq transliterasiya etmək istədikləri veb-saytın fəaliyyət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”.

O, həmçinin qeyd etdi ki, istifadəçilər veb-saytın forum bölməsinə daxil olmaqla transliterasiya ilə bağlı rəy və təkliflərini təqdim edə biləсəklər.

Ş.Əhmədov saytın yüksək keyfiyyətə malik olmasının vacibliyini qeyd etdi. Bildirdi ki, saytın fars dilində transliterasiyasının inkişafı üçün hazır lüğətlərdən istifadə zəruridir. Ş.Əhmədov veb-saytın hazırlanmasında göstərdiyi xidmətlərə görə institutun mütəxəssislərinə təşəkkürünü bildirdi, birgə əməkdaşlığın davam etdiriləcəyini qeyd etdi.

Sonra çıxış edən akademik R.Əliquliyev saytın dizaynında dəyişiklər edilməsi və transliterasiyaların dəqiqliyinin artırılmasına dair təklif və tövsiyələrini səsləndirdi.

Sonda veb-saytın təqdimatı ilə bağlı müzakirələr aparıldı.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Transliterasiya Sisteminin təqdimatı onlayn formada keçiriləcək

09-09-2020

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017

Bu idarələr yeni sayt təqdim etdi

23-04-2018

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018

“Orfoqrafiya sözünün özünün düzgün yazılışına ehtiyac var”

07-03-2018

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20-04-2012

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

Azərbaycan dilində yeni idman portalı yaradılıb

03-11-2008

İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

25-02-2015

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

Milli Terminoloji İnformasiya Sisteminin elmi-texnoloji əsasları işlənib

08-05-2023

Veb-spamlarla bağlı araşdırmalar aparılır

03-05-2018

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

İnformasiya təhlükəsizliyinin aktual elmi-praktiki problemləri mövzusunda konfrans keçirildi

14-12-2018

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

AMEA-nın veb-portalının yeni versiyası hazırlanıb

04-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə