Previous Next
Bağla

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024 15:51
Distant təhsil forması rəsmiləşəcəkmi ?
Ölkədə distanta investisiya yatıran, bununla əlaqəli infrastruktura sahib olan ən əsas ali təhsil ocağı, birmənalı olaraq UNEC-dir.
Xatırlayıram ki, UNEC bu infrastruktura milyonlarla investisiya yatırıb.
UNEC distant üçün vacib olan texniki-texnoloji bazaya, rəqəmsal tədris resurslarına, informasiya sistemlərinə və sertifikatlı professor-müəllim heyətinə malikdir.
Lakin qurum hələlik bu təhsil xidmətini nə daxili bazar, nə də xarici bazar üçün reallaşdıra bilməyib. Yəni investisiyanın geridönüşü yoxdur.
Bir neçə illər öncə UNEC xeyli cəhdlər etdi, lakin o zamanlar bu səylər uğur qazanmadı.

Xatırlayıram ki, bir-iki ay öncə elm və təhsil naziri Emin Əmrullayev UNEC-də olmuşdu. O zaman nazir UNEC-in distant infrastrukturu ilə tanış olmuşdu.
Maraqlıdır ki, məhz bundan sonra UNEC rəhbəri Ədalət Muradaov distant tədrisə başlamağa hazırlıqla bağlı açıqlamalar verir.
Belə qənaətə gəlmək olar ki, UNEC-də növbəti tədris ilində distant təhsil formasına icazə veriləcəyi ilə bağlı UNEC rektoru ilə elm və təhsil naziri arasında müəyyən anlaşma olub.
Əks halda rektorun yenidən bu məsələni gündəmə gətirməsi və açıqlamalar verməsi gözlənilən deyildi.

Lakin ötən gün Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova distantla bağlı yetərincə mənfi fikirlər səsləndirib.

Buradan belə qənaətə gəlmək olar ki, təhsil sahəsində qərar qəbul edənlərin özləri arasında bu məsələ ilə bağlı yekdil bir fikir formalaşmayıb.

Düşünürəm ki, biz bu məsələdə çox gecikmişik. Nazirliyin heç olmasa pilot qaydada distant təhsil formasına keçidə start verməsi doğru olardı.
Yəni DİM və ETN gələn ilin təhsil planında UNEC və digər hazırlıqlı ali təhsil qurumları üçün ƏYANI və QIYABI ilə yanaşı, DİSTANT tədris forması üçün də qəbul kvotası müəyyən etməlidir.

Bu təhsil forması ilə təhsil alanların diplomları dövlət tərəfindən tanınmalıdır.
Əslində Nazirlikdə distant forma ilə bağlı hüquqi –normativ baza çoxdan hazırdı.
Multimedia Mərkəzi olararq biz belə bir qaydaları Nazirliyin sifarişi ilə beynəlxalq təcrübə nəzərə alınmaqla bir neçə illər öncə hazırlayıb rəsmi olaraq təqdim etmişik. Sonralar bir neçə Universitet də bununla tanış olub.

Həmin Universitetlər də artıq bir-iki ixtisas üzrə distanta demək olar ki hazırdırlar. Sadəcə Nazirlik və DİM bu istiqamətdə səylərini gücləndirməli və hökumətə bununla bağlı qaydaların təsdiqləınməsi üçün müraciətr etməlidir, səyləri gücləndirməlidir. Qanunvericilikdə bu təhsil forması nəzərdə tutulduğundan belə qaydaların təsdiqlənməsi qısa zamanda mümkün məsələdir.

Yaxud da, əgər hökumət və ya Nazirlik bu məsuliyyəti bölüşmək istəmirsə universitetlərə muxtariyyyat verməli və distant təhsilin təşkilini universitetlərə həvalə etməlidir,

Ümid edirəm gələn ilin təhsil planında biz UNEC və bir neçə universitet üzrə distant təhsil formasında tələbə qəbulunu da görə biləcəyik.

Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021

Əcnəbi tələbələrin UNEC-ə qəbul qaydaları elektronlaşdırılıb

01-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə