Previous Next
Bağla

UNICEF-lə tərəfdaşlığın 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

11-12-2018 14:42
UNICEF-lə tərəfdaşlığın 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr edilib.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azərmarka” MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib. Mərasimdə E.Karvardin bildirib ki, UNICEF Azərbaycandakı fəaliyyətinin dörddə bir əsrini qeyd etməkdən qürur duyur.

“Azərbaycan iqtisadi və sosial baxımdan sürətlə inkişaf etdiyi üçün UNICEF bütün uşaqların eyni imkanlara, eyni şanslara malik olması və onların hüquqlarına eyni hörmətlə yanaşılması ideologiyasına sadiq olaraq qalır. UNICEF-in Azərbaycandakı hər bir uşaq naminə ötən 25 ildəki fəaliyyət və tərəfdaşlığını qeyd etmək üçün hökumətin bu hədiyyəsini qəbul etməkdən xoşbəxtlik duyuruq”.

Bu poçt markasında çətir altında dayanan bir uşaq silueti əks olunub. Onun əlindən tutan böyük insan əli isə dünyadakı hər bir uşaq üçün qayğı və müdafiənin vacibliyini xarakterizə edir. Məhdud sayda olan xüsusi buraxılış markalarını poçt şöbə və filiallarından, eləcə də, “Şəbəkə” xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Azərbaycan 1992-ci ildə dünyada Uşaq Hüquqları haqqında Konvensiyanı ratifikasiya edən ilk ölkələrdəndir. UNICEF-in ilk ölkə proqramının əsası isə 1993-cü ildə qoyulub. Ötən müddət ərzində UNICEF hökumət, vətəndaş cəmiyyəti və yerli icmalarla birgə işləməklə Azərbaycandakı uşaq və qadınlar naminə ciddi irəliləyişə töhfə verib. Bu fəaliyyətlər arasında Azərbaycanın poliomielit xəstəliyindən azad ölkəyə çevrilməsinə kömək edilməsi və digər qarşısı alına bilən xəstəliklərin yayılmasının azaldılması, inkişaf ləngiməsi kimi halları azaltmaq üçün bütün ölkədə duzun yodlaşdırılmasının tətbiqi, ibtidai məktəbdə iştirak səviyyəsinin 90%-dən yuxarı çatdırılması, beşyaşlı uşaqlar üçün məktəbə ilkin hazırlıq proqramının tətbiqi və dövlət uşaq müəssisələrində yaşayan uşaqların sayının yarıya endirilməsi kimi məsələləri qeyd etmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb

20-11-2019
Uşaq hüquqlarının təşviqi layihəsinə start verilib

Uşaq hüquqlarının təşviqi layihəsinə start verilib

07-11-2018
Bakcell bu verilişə dəstək göstərir

Bakcell bu verilişə dəstək göstərir

20-04-2018
Yaşıl və rəqəmsal bacarıqlara dair uşaqlara sərmayə qoymaq vacibdir

Yaşıl və rəqəmsal bacarıqlara dair uşaqlara sərmayə qoymaq vacibdir

18-11-2024
Yeni poçt markası dövriyyəyə buraxılıb

Yeni poçt markası dövriyyəyə buraxılıb

27-06-2018
Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

Azercell-in Qaynar Xətti ötən il 5 mindən çox uşağa dəstək olub

13-01-2023
Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

Altı ay ərzində Uşaq Qaynar Xəttinə 2300-ə yaxın müraciət daxil olub

18-08-2023
Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya  edib

Bakıda yerləşən Uşaq evlərinin sakinləri Bakutel-2018 sərgisinə ekskursiya edib

07-12-2018
Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

Azercell uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir

01-06-2018
Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

Uşaq Qaynar Xətt xidməti kampaniya keçirir

07-11-2016
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

Azercell-in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

11-11-2016
Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

Bakcell kimsəsiz uşaqlara Yeni il sevinci bəxş edir

02-01-2011
“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

“Uşaq Qaynar Xətt” xidmətinə son 5 ay ərzində 2 mindən çox müraciət daxil olub

16-06-2021
Qorxma, biz səninləyik!

Qorxma, biz səninləyik!

05-10-2018
Ramin Quluzadə məktəblilərlə görüşüb

Ramin Quluzadə məktəblilərlə görüşüb

22-08-2017
Azercell gənc rəssamlara dəstək oldu

Azercell gənc rəssamlara dəstək oldu

22-06-2018
Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 3581 müraciət daxil olub

08-01-2019
“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

“Uşaqlara kiberqayğı 2” qrant layihəsi yekunlaşıb

03-06-2026
Azərmarka Azərbaycanın ilk təyyarəçi qadınına həsr olunmuş marka təqdim edib

Azərmarka Azərbaycanın ilk təyyarəçi qadınına həsr olunmuş marka təqdim edib

23-09-2009
Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

Azercell Uşaq Hüquqlarının Qorunması Həftəsi elan edir

25-05-2023
“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

“Bakcell” şirkəti SOS Uşaq Kəndləri layihəsinin genişlənməsinə yardım məqsədilə SMS kampaniyasına başlayır

21-09-2010
"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

"Azercell Telecom"un dəstəyilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib

08-06-2023
Rəqəmsal təhlükələrə qarşı beynəlxalq standartlar çərçivəsində mübarizə aparılır

Rəqəmsal təhlükələrə qarşı beynəlxalq standartlar çərçivəsində mübarizə aparılır

15-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə