Çinin tanınmış pilotsuz təyyarə istehsalçısı DJI yeni nəsil Phantom 4 dronunu təqdim edib.
Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, drona quraşdırılmış kameralar sahəni skan edərək onun üçölçülü modelini yaradır ki, bu da qurğuya maneələri aşmağa, ağaclar, dirəklər və ya insanlarla toqquşmaqdan yayınmağa kömək edir. Maneə böyük olduqda ağıllı dron dayanaraq sahibinin növbəti təlimatlarını gözləyir.
Phantom 4 hərəkət edən müxtəlif obyektləri (avtomobillər, insanlar və s.) maşın təliminin köməyilə kadrın mərkəzində saxlaya bilir.
Çəkisi 1,4 kq olan dronun maksimal uçuş sürəti 72 km/saat, avtonom rejimdə uçuş vaxtı isə 28 dəqiqədir. Pilotsuz təyyarənin qiymətinin 1400 dollar təşkil edəcəyi gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri