Gartner analitik şirkəti dünya informasiya texnologiyaları (İT) bazarının artımı ilə bağlı proqnoza düzəlişlər edib.
Dolların məzənnəsinin bahalaşması ilə əlaqədar proqnozlaşdırılan satış həcmi pul ifadəsində yanvarda ehtimal olunanla müqayisədə 67 milyard dollar enib, bazarın artımı üzrə illik proqnoz 2,7 faizdən 1,4 faizədək - 3,5 trilyon dollaradək azalıb.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu, xüsusilə İT xidmətləri və rabitə xidmətləri seqmentləri üçün proqnozlaşdırılan dinamikaya təsir göstərib.
Qeyd edilir ki, məlumat emalı mərkəzləri üçün sistemlər seqmentində bu il 0,3 faiz artım gözlənilir. Müsbət tendensiyaya (ötən il bu seqmentin həcmi 0,1 faiz azalıb) baxmayaraq server bazarı zəif inkişaf etməkdə davam edir. Şirkətlər tədricən ənənəvi istehsalçılardan serverlər almaqdan imtina edir və bunun əvəzinə bulud provayderlərindən hesablama qurğularını icarəyə götürürlər ki, bu da ümumilikdə məlumat emalı mərkəzləri üçün sistemlərə tələbatı azaldır.
Məlumata görə, 2017-ci ildə elektron qurğular seqmentində (fərdi kompüter, planşet, ultramobil kompüter və mobil telefonlar) artım 1,7 faiz olmaqla 645 milyard dollaradək proqnozlaşdırılır. 2016-cı ildə burada 2,6 faizlik azalma qeydə alınıb.
Analitiklərin qənaətinə görə, telefon satışından gəlirlər Asiya-Sakit okean regionu bazarlarında orta qiymətlərin artması, eləcə də yeni iPhone modelinin buraxılışı sayəsində çoxalacaq. Bundan əlavə, planşetlərin satış həcmi sürətlə azalmaqda davam edir. Həmçinin, İT xidmətləri seqmentində 2,3 faizlik artım gözlənilir ki, bu da 2016-cı ildən azdır (3,6 faiz).
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri