20-23 yanvar tarixlərində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutmuş BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyasının davamlı inkişaf naminə xüsusi sessiyasında internetə çıxışı olmayan daha 1.5 milyard nəfərin şəbəkəyə qoşulması ilə əlaqədar yeni qlobal dialoq başladılıb.
Xeberler.az RYTN-nin elektron xəbər xidmətində istinadən məlumat verir ki, əsas məqsəd genişzolaqlı qoşulmalar məsələsinə təkan vermək və onu qlobal gündəliyin əsas prioritetləri sırasına daxil etmək təklifi ilə dünya liderlərinə müraciət etməkdir. İlk dəfə dünya liderlərinin əksəriyyəti milli inkişaf naminə genişzolaqlı rabitənin son dərəcə vacibliyini təsdiq ediblər və genişzolaqlı rabitənin ümumi inkişaf konsepsiyası ətrafında birləşiblər.
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən komissiyanın işinə töhfə kimi hazırlanmış və sessiyada təqdim edilmiş yeni sənəddə deyilir ki, internetə çıxışı olmayan daha 1.5 milyard nəfərin şəbəkəyə qoşulması üçün şəbəkə infrastrukturuna 450 milyard ABŞ dolları məbləğində sərmayə yatırmaq lazımdır.
"2020-ci ilə daha 1.5 milyard nəfərin internetə çıxışının təmini üçün səyləri birləşdirək" adlı birgə bəyanatın qəbulu ilə sessiyanın işi yekunlaşdırılıb.
Bəyanata əsasən, hazırda yalnız 3,2 milyard nəfər internetə çıxışa malikdir, 4.2 milyard nəfər isə hələ də internetsiz yaşayır.
BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirilmiş 48 ölkədə internetin nüfuzetmə səviyyəsi 10%-dən aşağıdır.
Birgə bəyanatda 2020-ci ilədək dünya əhalisinin 60 faizinin internetə qoşulması ilə bağlı razılaşdırılmış qlobal səylər üzrə öhdəçilik nəzərdə tutulub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri