Mastercard şirkəti tərəfindən aparılan araşdırma onu göstərib ki, insanlar nağd pulu – əskinasları və qəpikləri – natəmiz və çirkli hesab etsələr də, avropalıların yalnız beşindən biri pula toxunduqdan sonra əllərini yuyur.
Avropanın 12 ölkəsindən olan 9 000 istehlakçı arasında aparılan araşdırmanın nəticələrinə əsasən, nağd pulun ictimai nəqliyyatda əl tutacaqlarından və barda sifariş olunan fındıq kimi ümumi qidadan daha çirkli olmasına baxmayaraq, avropalılar çirkli pul xərcləmə vərdişindən vaz keçməkdə çətinlik çəkirlər.
Tədqiqat çərçivəsində aparılan sorğuda iştirak edənlərin ¾ hissəsi etiraf edib ki, nağd pulun mikroblar daşıdığını nəzərə alaraq, onu istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Buna baxmayaraq, araşdırma göstərir ki, insanlar heyvanlara toxunduqdan (46%) və ya ictimai nəqliyyatdan istifadə etdikdən sonra (36%) əllərini yumağa daha çox meyillidirlər.
Mastercard və Oksford Universiteti tərəfindən birgə aparılan araşdırmanın nəticələrinə əsasən, bir Avropa əskinası özündə təxminən 26 000 bakteriya daşıyır. Hətta ən yeni və təmiz əskinasda mövcud olan bakteriyaların sayı 2 400-ə çatır ki, bu da insan sağlamlığı üçün potensial təhlükədir.
Bunu nəzərə alaraq, insanlar anlamalıdır ki, tualet qapısının dəstəyinə, ümumi ərzaq məhsullarına və eskalatorun sürahisinə toxunmaq və digər fəaliyyət növləri kimi nağd pulla təmas da potensial təhlükə rolunu oynayır. Mövsumü qrip və digər xəstəliklərin geniş yayıldığı dövrdə nağd pulla təmas barədə qəbul edilmiş rəsmi beynəlxalq təlimatların olmamasına baxmayaraq, gigiyena baxımından bu dövrdə nağdsız hesablaşmalara keçmək daha məqsədəuyğundur.
Tədqiqat onu da göstərib ki, hər 10 avropalıdan 4-nün (37%) iddiasına görə, daha gigiyenik həyat tərzinə keçid etmək üçün gündəlik həyatlarında ən azı bir kiçik dəyişiklik etməyə hazırdırlar. Bu məqsədlə əksəriyyət nağd pulla müqayisədə kartla və ya nağdsız ödənişə üstünlük verdiklərini bildirib.
“Builki araşdırmanın nəticələrindən daha çox aydın olur ki, nağd pulun gigiyenik problemlərə yol açdığını anlamalarına baxmayaraq, avropalılar onun istifadəsi ilə bağlı vərdişi buraxmaqda çətinlik çəkirlər. Kontaktsız ödənişlər – innovativ pulköçürmə üsulu olmaqla yanaşı, həm də əskinas və qəpiklərdən istifadə zamanı keçə biləcək mikrob və bakteriyaların təsirini minimuma endirir”, - deyə Mastercard Europe şirkətinin kontaktsız ödənişlər üzrə rəhbəri Kris Kenqas (Chris Kangas) bildirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri