Rekord tutuma malik fləş daşıyıcı təqdim olunub

05-03-2016 / 13:21

Samsung şirkəti tərəfindən hazırlanmış 15,36 TB tutuma malik SSD daşıyıcı təqdim olunub. Yeni Samsung PM1633a modeli data mərkəzlərdə məlumatların saxlanılması sistemlərinə quraşdırılma üçün nəzərdə tutulub.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki , qurğu V-NAND texnologiyası üzrə hazırlanmış 512 ədəd fləş yaddaş çipindən yığılıb. Hər bir çipin tutumu 32 GB təşkil edir.

Samsung şirkəti 2015-ci ilin avqustunda bu kimi mikrosxemlərin kütləvi istehsalına başlayıb.

Samsung PM1633a  məlumatların ötürülməsi sürəti 12 Gbit/s təşkil edən Serial Attached SCSI (SAS) interfeysi ilə təchiz edilib. İstehsalçılar iddia edir ki, bu qurğu sərt diskdən 1000 dəfə daha sürətli işləyir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə