Previous Next
Bağla

Dünyanın tanınmış universitetləri haker hücumlarına məruz qalıb

25-10-2018 17:28
Dünyanın tanınmış universitetləri haker hücumlarına məruz qalıb

Fişinq heç də bankların, ödəmə sistemlərinin, sosial şəbəkələrin veb-səhifələri və digər populyar internet xidmətləri ilə məhdudlaşmır. “Kaspersky Lab”ın ekspertləri hesablayıblar ki, ötən 12 ay ərzində (2017-ci ilin sentyabr ayından) təxminən 1000 fişinq hücumu dünyanın aparıcı universitetlərinin saytıarına yönəlib.

Xeberler.az  bildirir ki, fırıdaqçıların məqsədi həmişə olduğu kimi məxfi məlumatların, əsasən də universitetlərin sistemlərində qeydiyyatdan keçmiş insanların loqin və parollarının yığılmasıdır. Fişinq tələsinə kimin düşməsindən asılı olaraq (tələbə, assistent, müəllim), cinayətkarlar əldə etdikləri məlumatları, o cümlədən, bir çox sahədə (iqtisadiyyatdan nüvə fizikasınadək) elmi tədqiqatların nəticələrini müxtəlif informasiyalara daxil olmaq üçün istifadə edə bilir. Bundan başqa, fişerlər IP-ünvanlar və istifadəçinin geolokasiyası haqqında məlumatlar toplayır – ekspertlərin fikrincə, bu informasiyadan onlar antifrod-sistemlərinin ötüb keçməsi üçün istifadə edə bilərlər.

Ümumiyyətlə, fişinq hücumlarına 16 ölkədə 130-dan çox ali təhsil müəssisəsi məruz qalıb: ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Finlandiya, Kolumbiya, Honkonq, Hindistan, İsrail, Niderland, Yeni Zelandiya, Polşa, İsveç, İsveçrə, CAR və BƏƏ. Hücuma məruz qalanların böyük əksəriyyəti təhsili ingilis dilində aparılan tanınmış universistetlər olub. Ən çox hücum Amerikanın Vaşinqton Universitetinə (“University of Washington”) edilib – bu təhsil ocağının payına 111 fişinq münaqişəsi düşür.

Sosial mühəndisliyin bütün metodlarında olduğu kimi “universitet” fişinqi ilə bağlı hadisədə də fırıldaqçılar istifadəçilərin diqqətsizliyinə ümid edirlər. Cinayətkarlar tərəfindən universitetlərin sistemində qeydiyyat üçün yaradılmış saxta səhifələr olduqca həqiqi səhifələrə bənzəyir: çox vaxt fişinq səhifələrinin yeganə fərqi URL ünvanıdır, hansında ki, cəmi bir neçə hərf orijinalla uyğun gəlmir.

“Fişinqlə mübarizədə ən sadə, vacib və yoxlanılmış məsləhət – məxfi məlumatları daxil etmək istədiyiniz səhifənin ünvan sətrini həmişə yoxlayın. Fişinqin insan faktoru ilə ayrılmaz olduğu üçün bütün təşkilatlara, əsasən də, universistetlərə ikifaktorlu audentifikasiyadan istifadə etməyi, sıravi istifadəçilərə isə antifişin texnologiyalarından yararlanmağı tövsiyə edərdik”, - deyə “Kaspersky Lab” şirkətinin aparıcı məzmun-analitiki Nadejda Demidova bildirib.

Universitetlərə edilən fişinq hücumları haqqında ətraflı linkdə: https://securelist.ru/phishing-for-knowledge/92232/.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
 “Bu il kriptovalyuta spamları artacaq”

“Bu il kriptovalyuta spamları artacaq”

23-02-2018
Azərbaycan saytlarına edilən fişinq hücumların sayı azalıb

Azərbaycan saytlarına edilən fişinq hücumların sayı azalıb

02-07-2019
Az domenli saytların əksəriyyəti fişinq hücuma məruz qalır

Az domenli saytların əksəriyyəti fişinq hücuma məruz qalır

03-09-2019
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018
Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

Kriptovalyuta birjalarına yüzdən çox keçid cəhdlərinin qarşısı alınıb

12-07-2018
Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

Kaspersky Lab sosial şəbəkələrə olan hücumlarda artım qeydə alıb

17-08-2018
Apple istifadəçiləri fişinq hücumuna məruz qalıb

Apple istifadəçiləri fişinq hücumuna məruz qalıb

02-08-2016
Onlayn alış-veriş edənlər, diqqətli olun

Onlayn alış-veriş edənlər, diqqətli olun

24-11-2017
Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

Azərbaycan fişing hücumlarının sayına görə 79-cu yerdədir

19-03-2019
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Fişinq-hücumların sayı azalıb

Fişinq-hücumların sayı azalıb

17-08-2015
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Bu il Azərbaycanda fişinq səhifələrinə 537 min keçid cəhdi bloklanıb

Bu il Azərbaycanda fişinq səhifələrinə 537 min keçid cəhdi bloklanıb

01-09-2023
Azərbaycanda daha bir fişinq dələduzluğu faktı qeydə alınıb

Azərbaycanda daha bir fişinq dələduzluğu faktı qeydə alınıb

18-11-2020
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020
Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

17-06-2022
"AzScienceNet"in istifadəçiləri "fişinq" hücumlarına məruz qalıb

"AzScienceNet"in istifadəçiləri "fişinq" hücumlarına məruz qalıb

13-10-2020
 Elan saytlarında  istifadəçilərin şəxsi məlumatları və pulları necə oğurlanır?

Elan saytlarında istifadəçilərin şəxsi məlumatları və pulları necə oğurlanır?

18-07-2016
Azərbaycanda fişinq hücumlarının sayı artıb

Azərbaycanda fişinq hücumlarının sayı artıb

04-01-2022
Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə