Azərbaycan Nazirlər Kabineti “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.
Xeberler.az-ın məlumatına görə, dəyişikliklə bağlı sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.
Qaydaya əsasən,"Viza" altsistemi - altsistem vasitəsilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi üçün, habelə elektron viza verilməsi ilə əlaqədar İAMAS-la (Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) aşağıdakı işlər həyata keçirilir:
Viza alan əcnəbinin qanunvericilikdə nəzərdə tutulmuş məlumatları elektron formada İAMAS-ın "Əcnəbilər" informasiya resursuna daxil edilir və ona sistemdaxili identifikasiya nömrəsi verilir.
Daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müvafiq yoxlamalar həyata keçirilir.
Yoxlamaların nəticəsindən asılı olaraq əcnəbilərə müvafiq vizalar verilir.
Dəyişikliyə əsasən, İAMAS-la elektron viza verilməsi prosesində isə “ASAN Viza” sistemindən təqdim edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizə-anket məlumatları və sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, habelə elektron viza verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı məlumatlar real vaxt rejimində Xarici İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) və Xarici Kəşfiyyat Xidmətinə göndəriləcək.
Eyni zamanda “ASAN Viza” sistemi “Sərhədkeçməyə məhdudiyyət siyahısı” informasiya resursundan yalnız məlumat alan informasiya sistemi olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri