Müasir dövrdə Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafının təmin edilməsi problemləri insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşdırılmasını tələb edir.
Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan və davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkürdür. Ona görə də dünya iqtisadiyyatı ilə inteqrasiyaya meyl edən cəmiyyətlərdə iqtisadiyyatın “yaşıllaşdırılması” texnologiyalarından ən səmərəli formada istifadə etməyə xüsusi diqqət yetirilir.
Banqladeşdə bütün əhali üçün əlçatan və faydalı texnoloji həllərin axtarışıyla məşğul olan Grameen Intel Social Business şirkəti də məhz bu istiqamətdə fəaliyyət göstərərək 100 faiz ekoloji hava kondisioneri – Eco Cooler-i təqdim edib.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, ev şəraitində istifadə üçün nəzərdə tutulmuş Eco Cooler kondisioneri emal edilmiş materiallardan ibarətdir və elektrikdən istifadəni tələb etmir. Kondisioner sayəsində sadə karton və plastik butulkaların köməyilə bir neçə dəqiqə ərzində temperaturu 5 dərəcə Celsi-yə qədər aşağı salmaq mümkündür.
Qeyd edək ki, Grameen Intel şirkəti müəllif hüquqları tələb etmədən qurğunun istehsal təlimatını da onlayn olaraq paylaşıb.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri