Previous Next
Bağla

Ekspert: Azərbaycanda böyük əksəriyyət smartfon istifadəçiləri VPN üzərində “oturub”

13-10-2022 17:27
Ekspert: Azərbaycanda böyük əksəriyyət smartfon istifadəçiləri VPN üzərində “oturub”
Ölkəmizdə ən çox yüklənən pulsuz mobil tətbiqlər hansılardır ?
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Dünya üzrə saytların, sosial medianın və mobil tətbiqlərin fəaliyyətini analiz edən müxtəlif platformalar var. Bu alətlərdən istifadə etməklə hər bir ölkə üzrə bütövlükdə ümumi mənzərəni görmək olar.
Azərbaycanda və Ermənistanda pulsuz mobil tətbiqlərdən hansıların daha populyar olmasını analiz edəndə görmək olar ki, vəziyyət, yumşaq desəm, elə də xoşagələn deyil. Düzü, bu dərəcədə olacağını da heç təsəvvür etməzdim.
Qlobal statistikadan görsənir ki, son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyində yalnız VPN-lərdir. Ümumiyyətlə isə, ilk on beşliyə nəzər salanda görmək olar ki, böyük əksəriyyət VPN-lərdi.
Bu, çox düşündürücü məqamdır.
Bu analizdən anlaşılır ki, smartfon istifadəçilərimizin əksəriyyəti VPN üzərində “oturub”. Bu, əsasən Android platformadan istifadə edənlərlə bağlıdır. App Store diqqət yetirdikdə nisbətən fərqli situasiyadadır. Amma burada da VPN-Lər gözə dəyir.
Ermənistan istifadəçilərinin maraq dairəsinə nəzər salanda görmək olar ki, situasiya tam fərqlidir. Orada ümumiyyətlə VPN gündəmdə deyil. Çox güman ki, bir müddət öncə tətbiq edilən bloklanma aradan qaldırılıb. Şübhəsiz ki, istifadəçilərimizin VPN-dən istifadəsinin kökündə TikTok dayanır. Bu platforma ölkəmizdə müvəqqəti olaraq bloklanıb.
Məlumat vermişdim ki, bir müddət öncə TikTok rəsmiləri ilə görüşmüşdüm. Onlar özlərindəki statistikaya əsasən Azərbaycanda 3 milyon TikTok istifadəçisi olduğunu bildirmişdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir.
Düşünürəm ki, TikTok-la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdır.
Həm milli təhlükəsziliklə bağlı, o cümlədən də uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir. Baxmayaraq ki, TikTok rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir.
Yenə də o fikirdəyik ki, uşaqlar və yeniyetmələr üçün TikTok məhdudlaşdırılmalıdır.
Düşünürük ki, pulsuz VPN-lərdən istifadə əsasında TikTok istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır. Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir.
Amma, ciddi hüquqi əsaslar olmadan bütövlükdə bu platformaya qarşı bloklanma doğru olmazdı.
Fikrimcə, digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı. Digər sosial resurslarda olduğu kimi, bu platformada da faydalı kontentin yaradılmasına, gənclər üçün burada daha faydalı, intellektual resursların hazırlanmasına, biznes və tanıtım üçün daha effektiv istifadəsinə , bütövlükdə Azəırbaycan maraqları üçün bu platformadan daha effektiv istifadəyə diqqət yetirmək doğru olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TikTok nə zaman açılacaq?

17-10-2023

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020

Bu VPN proqramı bizdən məlumat toplayır - RƏSMİ AÇIQLAMA

21-10-2020

Azərbaycanda VPN-lər bağlana bilər - Nazirlikdən açıqlama

17-10-2020

Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb

02-03-2021

VPN-lə bağlı ekspertdən mühüm açıqlama

26-10-2020

TikTok Azərbaycanda rəsmi ofis açacaq?

18-12-2022

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020

Ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edilib

28-09-2020

TikTok 2024-cü ildə Azərbaycan üzrə 3 milyondan çox video silib

08-04-2025

“TikTok” Azərbaycanda yeni platformasını təqdim edib

24-10-2024

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020

“TikTok” ABŞ-da fəaliyyətini dayandırıb

19-01-2025

Davosda Mikayıl Cabbarovla görüşən TikTok rəsmiləri indi də İqtisadiyyat Nazirliyində olublar

02-03-2024

Azərbaycanın mobil rabitə operatoru tətbiqinə və saytına VPN-lə girişi dayandırıb

01-10-2020

Tramp TikTokun ABŞ-də taleyini Çinlə müzakirə etmək niyyətindədir

20-02-2025

Tramp TikTok-un ABŞ aktivlərinin satış müddətini yenidən uzadır

19-06-2025

ABŞ “TikTok”u qadağan edir

19-09-2020

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016

Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

05-10-2020

TikTok öz yeni funksiyalarını sınaqdan keçirir

21-05-2022

ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb

05-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə