Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Xankəndidə keçirilən “SOCGOV 2026” forumunun Yekun Bəyanatı ilə bağlı fikirlərini sosial şəbəkə hesabında bölüşüb.
Xeberler.az bildirir ki, o, bəyanatda dövlət sektorunda və sosial idarəetmədə data analitikası, süni intellekt imkanlarının müzakirəsinin, insan hüquqlarının, şəffaflığın və fərdi məlumatların qorunmasının önə çəkilməsini müsbət qiymətləndirib. Lakin O. Gündüzün sözlərinə görə, elan olunan prinsiplər məntiqli olsa da, həddindən artıq ümumidir və qlobal miqyasda süni intellektlə bağlı səsləndirilən çağırışlardan çox fərqlənmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST sistemində ölkənin ən böyük İT infrastrukturunun, rəqəmsal xidmətlərin və süni intellekt həllərinin olduğunu xatırladan O. Gündüz bildirib ki, bu qurumlarda toplanmış praktik təcrübədən çıxan konkret nəticələrin bəyanatda əks olunması gözlənilirdi.
O, bir sıra sualları gündəmə gətirib:
O. Gündüz vurğulayıb ki, məqsədi böyük tədbirin əhəmiyyətinə kölgə salmaq deyil, qurumun potensial imkanlarını nəzərə alaraq gözləntiləri ifadə etməkdir. Onun fikrincə, bəyanatda artıq məlum prinsiplərlə yanaşı, yerli risklər, öyrənilən dərslər və konkret növbəti addımlar da öz əksini tapa bilərdi. Həmçinin təcrübəyə əsaslanan çağırışlarla qlobal auditoriyaya müraciət etmək mümkün idi.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları