Previous Next
Bağla

Ekspert: 14 milyon manat dövlət vəsaiti alan İT şirkət niyə ləğv olunub?

11-08-2020 17:05
Ekspert: 14 milyon manat dövlət vəsaiti alan İT şirkət niyə ləğv olunub?
"Bir il əvvəl 14 milyon manat dövlət vəsaiti alan İT şirkət artıq ləğv olunduğunu elan edib".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
 
"Ötən il Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) qurumu Bakı şəhəri və ətraf ərazilərdə telefonlaşma və internetin inkişafı üçün DG TELEKOM şirkətinə 14 milyon 221,7 min manat ödəmişdi.
 
O zaman heç kimin tanımadığı, yenicə yaranan bir İT şirkətin tenderdə necə qalib olması ilə bağlı müzakirələr də olmuşdu.
 
Şirkət 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzillə GPON texnologiyasının tətbiqi ilə bağlı işləri icra etməliydi.
 
Layihənin icrası ilə bağlı indiyədək hər hansı hesabat verilməyib, görüşlər, müzakirələr təşkil olunmayıb. Nə dərəcədə səmərəli olmasını müəyyən etmək üçün hər hansı qiymətləndirmə və monitorinq nəticələri açıqlanmayıb. Vətəndaş cəmiyyəti bu prosesə cəlb edilməyib.
 
Lakin mətbuatda çıxan bir elandan belə qənaətə gəlmək olar ki , Baktelecom və DG TELEKOM artıq işlərini bitiriblər. Belə ki, DG TELEKOM 20 iyul 2020-ci il tarixdə bu şirkətin ləğv edilməsi haqqında məlumat yayıb. Dünyada bu cür ildırım sürətli şirkət yaratma, vəsait əldə emə və ləğvetmə nümunəsinə rast gəlinməyib".
 
Görəsən bu cür tələskənliyə ehtiyac vardımı?
 
Ümumiyyətlə, Layihə qarşıda qoyulan məqsədlərə çatıbmı?
 
Səmərəsi və faydası nədən ibarət olub?
 
Bu layihənin internetə əlçatımlığa, internetin keyfiyyətinə və qiymətinə təsirləri necə olacaq?
 
Qurulan şəbəkə nə dərəcədə dayanıqlıdır, audit olunubmu, aidiyyatı qurumlar prosesdə iştirak edibmi?
 
Ekspert qeyd edib ki, bu kimi suallara aydınlıq gətirilməlidir.
 
Son olaraq Osman Gündüz ümid edir ki, NRYTN ölkə üçün mühüm əhəmiyyət kəsb edən və internetin inkişafı ilə bağlı 14 milyonluq bir layihənin icrasının yekunu haqqında maraqlı tərəflərin içtirakı ilə bir görüş keçirib yekun hesabatı təqdim edəcək.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert : 14 milyonluq tenderi udur, ancaq adicə saytı yoxdur

27-02-2019

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Bakı ətrafında normal rəqəmsal xidmətlər nə zaman olacaq?

27-03-2019

“Evlərə optika” layihəsi əhəmiyyətli addım olacaq”

19-03-2014

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020

Bakı Telefon Rabitəsi 14 milyon manatlıq müqavilə imzalayıb

23-02-2019

"Delta Telekom" 24 milyon manat xalis mənfəət əldə edib

04-04-2023

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

"Baktelecom" 12 milyon manatlıq tenderə yekun vurub

30-09-2020

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

Ekspert: Pulsuzdursa, niyə 210 manat ödəyirik?

18-11-2019

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018

Ekspert: Təhsil Nazirliyi elektron məktəbi sıfırdan qurur?

18-09-2021

Baktelecom-un GPON layihəsi üzrə satınalmanın qalibi bu şirkət oldu

28-12-2018

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023

“Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı məhkəmə iddiasına baxılıb

26-08-2009

Ekspert : "Rabitə tarixində bu qədər vəsait xərclənməyib"

12-11-2018

140 illik tarix bağlandı: Baktelecom rəsmən tarixə qovuşdu - Ekspert

16-05-2025

170 min manat tendersiz bu şirkətə verildi – Ekspert açıqladı

05-03-2021

Tənzimləyici qurumun "Yerdəki"nə gücü çatmır "Göydəki"ndən hesabat istəyir - Osman Gündüz

27-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə