Previous Next
Bağla

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025 16:32
Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?
"Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında maraqlı rəqəmlər var. Hesabatda qeyd olunur ki, 2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe müəssisələr tərəfindən sektorda layihələrin həyata keçirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə 178,5 milyon manat investisiya qoyulub".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, əsasən iki layihədən, radioyayım şəbəkəsinin qurulması və keyfiyyətli internet probleminin həllindən söhbət gedir:
 
"Ötən il təkcə radioyayım sektorunun inkişafı üçün 13.7 milyon manat vəsait ayrılmışdı.
 
Buradan belə qənaətə gəlmək olar ki, RİNN bütün ölkə üzrə internet problemini həll etməyi nəzərdə tutan “Onlayn Azərbaycan” layihəsinə təxminən 160 milyona yaxın vəsait xərcləyib.
 
Xatırladıram ki, RİNN bu layihənin müəyyən hissəsini, pilot olaraq seçilmiş ərazilərdə reallaşdırmaq üçün 2021-ci ildə AYİB-dən 85 milyon manat kredit almışdı.
 
Lakin sonradan müəyyən səbəblərdən RİNN bu kreditdən imtina edib öz vəsaitləri hesabına, həm də bütün ölkə üzrə bu layihənin reallaşdırılmasına start vermişdi.
Layihə 4 il davam edib və bütün ölkə üzrə nəhəng bir GPON infrastrukturu qurulub.
 
Ən uzaq yaşayış məntəqələrinə də keyfiyyətli internet üçün əlçatanlıq yaradılıb. Bir neçə gün öncə bu layihənin başa çatması ilə bağlı təqdimat da keçirildi".
 
Layihə uğurlu olubmu?
 
Ekspert bildirib ki, birmənalı olaraq, layihə uğurlu olub:
 
"Ölkədə keyfiyyətli internetə əlçatanlıqla bağlı 20 il davam edən bir problem öz həllini tapıb.
 
Bir daha xatırlatmaq istərdim ki, 2014-cü ildə hökumət bu problemi həll etməyə cəhd göstərmişdi. Dövlət Neft Fondundan 450 milyon manat vəsait ayrılmışdı. Hətta ilkin olaraq 150 milyon tranşın ayrılması qurumun büdcəsində öz əksini tapmışdı.
 
Yəni bu pulun o zamankı Nazirliyə verilməsinə bir addım qalmışdı.
 
Yeri gəlmişkən, o zamankı bağlı qapılar arxasında bu pulun xərclənməsi ilə bağlı müxtəlif səviyyələrdə olan qeyri-şəffaf müzakirələri indi də xatırlayıram.
 
Lakin son anda hökumət o zaman müəyyən bəlli səbəblərdən bu pulu verməkdən imtina etdi".
 
Osman Gündüzün sözlərinə görə, 2024-cü ilin sonu nəhayət ki bu problem, o zamankı adıyla desək, “hər evə optika” məsələsi birdəfəlik öz həllini tapdı. Yəni keyfiyyətli internet üçün iki əsas şərt, zəruri infrastruktur və lazım olan qədər internet sürəti əldə etmək imkanı reallaşdırıldı:
 
"Nə qədər asıb-kəssək də, tənqidlər olsa da açıq demək lazımdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev dövlət-özəl tərəfdaşlıq prinsipi ilə 20 illik bir problemi həll etdi. Əsasən Baktelekom və Aztelekom-un birləşməsindən yaranan yeni Aztelekom vasitəsilə bu infrasturktur quruldu.
 
Əlbəttə, burada müəyyən risklər, problemlər də qaçılmaz olub, biz layihənin reallaşması ilə rəqabət üçün risklər yarada biləcək daha nəhəng bir dövlət şirkəti qazanmışıq, internetin qiymətlərində tələbata uyğunluq prinsipi pozulub və s. Amma, bunlar da düşünürəm ki öz həllini tapacaq.
 
Ən diqqət çəkən maraqlı məqam həm də odur ki, bu gün hökumətin açıqladığı statistikadan görsənir ki, RİNN həm də əslində yarım milyardlıq bir layihəni cəmi 160 milyona reallaşdıra bilib.
 
Buradan həm də o qənaətə gəlmək olur ki, 10 il öncə “hər evə optika” probleminin həlli üçün hökumətin 0.5 milyarddan imtinası üçün də ciddi əsaslar olubmuş. Həm də statistikaya görə bu qədər vəsaitlə təxminən 1 000 000 ev təsərrüfatına GPON çəkilməsi də diqqət cəlbedəndir. Yəni bir fiber optik müştəriyə əlçatanlığın yaranması üçün çəkilən xərclər də yetərincə optimaldır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022
"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025
Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021
Ekspert: İşıq dirəkləri ilə ölkədə  daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022
Azərbaycanda orta internet sürəti niyə zəifdir?

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018
Gələn il bütün ölkə üzrə keyfiyyətli internet əlçatan olacaqmı?

Gələn il bütün ölkə üzrə keyfiyyətli internet əlçatan olacaqmı?

17-08-2023
İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021
Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024
Ötən il dövlət xətti ilə İKT sahəsinə qoyulan investisiyanın həcmi açıqlanıb

Ötən il dövlət xətti ilə İKT sahəsinə qoyulan investisiyanın həcmi açıqlanıb

14-03-2025
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
“Onlayn Azərbaycan”dan nə xəbər var?

“Onlayn Azərbaycan”dan nə xəbər var?

17-07-2024
AzTelekom-da FETÖ əməliyyatı keçirilməsi xəbərinə münasibət

AzTelekom-da FETÖ əməliyyatı keçirilməsi xəbərinə münasibət

10-08-2023
Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

Heç olmasa kəndlərdə internet tariflərini qaldırmayaq -Osman Gündüz

10-08-2024
Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?

Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?

13-11-2021
Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

Ekspert: Mövcud olmayan layihəyə 20 milyon dövlət vəsaiti necə verilib?

21-11-2019
Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

Ekspert: Dövlət sektorunda paralelçilik və təkrarçılıq davam edir

26-08-2022
RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

RİNN yanında İctimai Şuranın üzvləri Aztelecom rəhbərliyi ilə görüşüb

24-08-2022
Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024
Ekspert: 14 milyon manat dövlət vəsaiti alan İT şirkət niyə ləğv olunub?

Ekspert: 14 milyon manat dövlət vəsaiti alan İT şirkət niyə ləğv olunub?

11-08-2020
Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025
Azərbaycanda "Yağlı müştərilər" uğrunda vuruşma-RƏY

Azərbaycanda "Yağlı müştərilər" uğrunda vuruşma-RƏY

12-07-2023
“Hər evə optika” layihəsi üzrə ilkin nəticələr açıqlanıb

“Hər evə optika” layihəsi üzrə ilkin nəticələr açıqlanıb

19-06-2015
Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

Dövlət operatorlarının cəzalandırması ədalətlidirmi?-RƏY

06-07-2023
Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?

Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?

21-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə