Previous Next
Bağla

Ekspert: Azərbaycan daxilindəki internet trafiki niyə xaricdən keçir?

13-01-2025 16:17
Ekspert: Azərbaycan daxilindəki internet trafiki niyə xaricdən keçir?
"Qlobal şəbəkəni analiz edəndə görmək olur ki, Azərbaycanda hazırda, nə qədər qəribə görünsə də, digər qonşu ölkələrdən fərqli olaraq İnternet Mübadilə Mərkəzi (Internet Exchange Point - IXP) yoxdur".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bu mərkəz ölkə daxilindəki internet trafikini yerli səviyyədə yönləndirərək xarici şəbəkələrdən asılılığı azaldır, trafikin gecikmə müddətini azaldır və internet xidmətlərinin keyfiyyətini artırır:
 
"Mərkəzin olmaması ölkədaxili trafikin xarici tranzit şəbəkələrdən keçməsinə səbəb olur.
 
Anlaşıqlı desək, belə bir mərkəzin olmaması səbəbindən iki yerli istifadəçimiz arasında informasiya mübadiləsi dünyanı dolaşaraq baş tutur.
 
Düzü, özüm də buna təəccüblənirəm. Bəzi ikinci səviyyəli provayderlərin bizə müraciətindən sonra bu məsələni yenidən araşdırdım.
 
Bildiyim qədər, əvvəllər Delta Telecom magistral provayderi tərəfindən belə bir layihə aparılırdı. Bir müddət də işlək vəziyyətdə olmuşdu. İndi isə baxıram ki, bu az-ix.net layihəsi işləmir. İXP-lərlə bağlı qlobal rəsmi resurslarda da Azərbaycanda rəsmi bir İXP olmadığı görünür".
 
Osman Gündüz bildirib ki, bizim magistral provayderlər bir sıra qlobal resursların serverlərini Azərbaycanda yerləşdirdiklərini bildirmişdilər. Eyni zamanda milli kontentin inkişafına yönəlik addımlar atılırdı:
 
"Əlbəttə, bütün bunlar ölkədaxili trafik mübadiləsini xeyli yaxşılaşdırır. Amma bunlar İXP-nin yerini verə bilməz.
 
İnternet Mübadilə Mərkəzinin olmaması daha bahalı internet, daha ləng internet və daha güvənsiz internet deməkdir. Trafikə çəkilən əlavə xərclər də sonda adi istifadəçilərin üzərinə düşür ki, bu da onsuz da baha olan internetin ölkəmizdə daha da bahalaşmasına gətirib çıxarır".
 
Ekspert qeyd edib ki, xeyli vaxtdır sektorda tənzimləyici qurum – İKTA formalaşıb, amma qurum indiyədək belə bir ciddi problemə diqqət yetirməyib:
 
"Düşünürəm ki, Azərbaycanda bir Milli İnternet Mübadilə Mərkəzi qurulmalıdır. İKTA hər üç magistral provayderi – Azertelecom, Delta Telecom və AzTelekom-u da cəlb etməklə bu problemi həll etməlidir. İKTA qlobal qurumları da bu prosesə qoşa bilər.
Belə bir mərkəzin formalaşdırılması internetin keyfiyyətini artıracaq, qiymətləri aşağı salacaq, daha çevik, sürətli və effektiv informasiya mübadiləsi təmin edəcək və ölkə daxilində təhlükəsizliyi xeyli gücləndirəcək".
 
 

 

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına ehtiyac var

14-01-2025

Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə qiymətləri 2 dəfə endirdi

03-02-2009

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022

Delta Telecomda nə baş verir?

21-04-2020

Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?

02-04-2025

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Ekspert: Provayderlər vəziyyəti nəzərə alıb ödənişlərdə güzəşt etməlidir

05-11-2020

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

İnternet qiymətləri 3 dəfəyədək endiriləcək

29-08-2009

Azərbaycanda və qonşu ölkələrdə müxtəlif bağlantılar vasitəsilə göstərilən İnternet xidmətlərinin qiymətləri araşdırılıb

29-01-2014

İnternet qiymətlərinin ucuzlaşması niyə hiss olunmur?

15-09-2009

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Balakəndə 7 saat müddətində internet olmayıb

29-07-2019

Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017

Doğurdanmı tənzimləyici qurum prioritetləri müəyyənləşdirə bilmir?

23-05-2025

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Məcburi qiymət, məcburi sürət, indi də məcburi modem - Osman Gündüz

18-07-2025

Azərbaycanda internet qiymətləri hələ də baha olaraq qalır

10-09-2009

“Rabitə nazirliyi digər xərcləri aşağı salmasa, biz qiyməti saxlamalıyıq”

01-09-2009

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə