Previous Next
Bağla

Ekspert: Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına ehtiyac var

14-01-2025 16:16
Ekspert:  Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına ehtiyac var
"İnternet Mübadiləsi Mərkəzləri (Internet Exchange Point - IXP) ilə bağlı qlobal resurslarda həqiqətən də Azərbaycanla bağlı məlumatlar yoxdur. Görünür ki, əvvəllər Delta Telecom tərəfindən aparılan az-ix.net adlı belə bir layihə olub, amma sonradan bu qlobal resurslardan Azərbaycanla bağlı məlumatlar silinib".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüz qeyd edib ki, Azərbaycanda iki magistral provayder, Delta Telecom və Azertelecom arasında arabağlantı (buna İXP demək doğru olmazdı) var:
 
"Yəni bu iki qurumun provayderləri arasındakı mübadilə trafiki xaricə çıxmaya bilər.
Əgər hər iki magistralın daxili siyasəti xarici tranzitdən istifadə etməyi tələb edirsə və ya bəzi İSP-lər birbaşa bu əlaqəyə qoşulmayıbsa, trafik xaricə çıxa bilər. Maraqlıdır ki, lokal, 2-ci səviyyəli provayderlər bu bağlantıya qoşulmayıb. Bu xidmət ödənişlidir.
 
Eyni zamanda, yeni yaranan magistral provayder olan Aztelekom ilə digər magistralların bağlantısı haqqında da bilgilər yoxdur. Halbuki əsas regional trafikimiz bu provayder üzərindədir".
 
Ekspertin sözlərinə görə, bizdə bütün lokal və magistral provayderləri birləşdirən rəsmi, şəffaf, hamı üçün bərabər əsaslarla istifadə edilə biləcək İXP indiyədək formalaşmayıb:
 
"Əgər lokal provayderlər eyni magistrala bağlıdırsa, mübadilə elə bu magistral üzərindən baş tutur, yox əgər provayderlər müxtəlif magistrallara bağlıdırsa, onda mübadilə birbaşa deyil, magistrallar üzərindən baş tutur. Yəni hər magistralın mübadilə mərkəzi, əslində, onun özüdür.
 
Azərbaycanda iki provayder arasındakı trafik mübadiləsinin marşrutuna traceroute vasitəsilə baxsaq görərik ki, bu marşrut xeyli qəlizdir. Trafik çox sayda marşrutlardan (routerlərdən – Hop) keçərək son nöqtəyə çatır. Bu Hop-ların ortalama sayı qonşu ölkələrdə 2-4 arasındadır, bizdə isə adi istifadəçi üçün (məxsusi İP yoxdursa) 10 civarındadır. Bu isə çox böyük rəqəmdir və bu o deməkdir ki, internetin sürəti hiss olunacaq dərəcədə aşağı düşəcək".
 
Belə olan halda nə etmək olar?
 
Suala cavab olaraq ekspert vurğulayıb ki, yeni bir magistral provayder –Aztelekom da backbone bazara daxil olub. Güman ki, yaxınlarda daha bir magistral –Starlink də gələcək. A2Z də telekommunikasiya lisenziyası alıb və düşünmək olar ki o da magistral olmaq istəyəcək:
 
"Eyni zamanda RİNN-in apardığı “Onlayn Azərbaycan” layihəsindən sonra regionlarda minlərlə internet istifadəçisi arasında xeyli trafik mübadiləsi baş verir. Amma indiki halda bu regional trafik də magistrallar üzərindən mübadilə olunduğundan internetin sürətində ləngimələr qaçılmaz olur".
 
Osman Gündüz qeyd edib ki, İKTA bütün provayderlərin bəhrələnə biləcəyi, şəffaf, bərabər əsaslarla qoşulmaq mümkün olan, bütün magistralların və lokal provayderlərin qoşulduğu, regional mübadilə mərkəzləri ilə inteqrasiya olunan bir Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına təşəbbüs göstərməlidir:
 
"Eyni zamanda, İKTA-nın bu haqda məlumatları qlobal resurslarda yerləşdirilməsi də doğru olardı.
 
Ötən ilin 15 avqust tarixində ölkənin bütün provayderləri birləşib eyni anda minimal tarifləri qaldırdığından düşünmək olar ki, lazım olanda onların birləşib Milli İXP üçün də birgə addım atmasında problem olmayacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Azərbaycan daxilindəki internet trafiki niyə xaricdən keçir?

Ekspert: Azərbaycan daxilindəki internet trafiki niyə xaricdən keçir?

13-01-2025
Ekspert: Provayderlər vəziyyəti nəzərə alıb ödənişlərdə güzəşt etməlidir

Ekspert: Provayderlər vəziyyəti nəzərə alıb ödənişlərdə güzəşt etməlidir

05-11-2020
İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

İnternet trafikinin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

18-10-2019
Ekspert: Azərbaycan interneti kifayət qədər  dayanıqlıdırmı?

Ekspert: Azərbaycan interneti kifayət qədər dayanıqlıdırmı?

14-03-2022
Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi? - Şərh

01-07-2025
3-cü magistral provayderin gəlişi nələri dəyişəcək?-TƏHLİL

3-cü magistral provayderin gəlişi nələri dəyişəcək?-TƏHLİL

07-06-2023
Delta Telecomda nə baş verir?

Delta Telecomda nə baş verir?

21-04-2020
Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

Ekspert: "NRYTN-in açıqlaması, reallığı əks etdirmir"

22-04-2020
Azərbaycanda internet kəsilə bilərmi?

Azərbaycanda internet kəsilə bilərmi?

26-10-2017
Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

Ölkəmizdə neçə provayder internet xidməti göstərir?

23-01-2023
Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015
Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?

Ekspert: "Starlink"in Azərbaycanda fəaliyyətə başlaması nəyi dəyişəcək?

02-04-2025
Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

Azərbaycanda internet provayderlərin sayı 200-ə çatıb

24-05-2023
 “Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016
"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025
Ekspert: NRYTN haqsız rəqabət aparır

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000
Azərbaycana daxil olan internet trafikin sürəti artıb

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012
Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017
Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016
Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

Regionlarda keyfiyyətli internet nə vaxt olacaq?

29-08-2017
Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

Azərbaycanda niyə internetin sürəti zəif, qiyməti bahadır?

22-04-2020
Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə  qiymətləri 2  dəfə endirdi

Diqqət ! Ölkənin əsas Provayderi - Delta Telekom birdən birə qiymətləri 2 dəfə endirdi

03-02-2009
Gəncədə 12 provayder fəaliyyət göstərir

Gəncədə 12 provayder fəaliyyət göstərir

28-07-2015
Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

Ekspert: Dövlət məmuru bilərəkdən “yuxarıları” aldatmaq üçün yalan danışır

08-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə