Previous Next
Bağla

Ekspert: "Elektron Reyestrdə məlumatlar olduğu halda kağız Passporta nə ehtiyyac var?"

30-01-2021 19:03
Ekspert: "Elektron Reyestrdə məlumatlar olduğu halda kağız Passporta nə ehtiyyac var?"
Xeberler.az bildirir ki, Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı təsdiqləyib.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti,ekspert Osman Gündüz münasibət bildirib:
 
"Uzun müddət olardı ki, startap ekosistem meyarların qəbulunu gözləyirdi. Baxıram ki, bu cür meyarlar üçün elə də gözləməyə dəyməzmiş.
 
"Startap Azərbaycan" olaraq bizim verdiyimiz təkliflər daha yumşaq və startaplar üçün daha məqbul bir variant ola bilərdi. Şəhadətnamə üçün müraciət edənin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar qəlizləşdirilib və burada adi, yenicə formalaşan innovativ bir şəxs və ya qrup üçün ifrat sərtləşdirilmiş tələblər yer alıb. Startap şəhadətnaməsini KOBİA verəcək.
 
Qurumda qiymətləndirmə məqsədilə dövlət sektorundan və müstəqil ekspertlərdən ibarət Ekspert Şurası yaradılacaq. “Startapı meyarları”na əsasən, meyarlara cavab verən və “Startap şəhadətnaməsi" əldə edənlərin innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən 3 il müddətinə azad edilirlər".
 
Ekspert bildirib ki, Elektron Reyestrdə hər şeyin olduğu bir halda yenidən ona bir peçatlı-ştamplı kağız Pasport da verilməsinə ehtiyyac yoxdur:
 
"Reyestri formalaşdırmaq və Startap pasportunu təqdim eymək səlahiyyəti NRYTN yanında İnnovasiya Agentliyinə verilib. Reyestr ictimaiyyət üçün açıq olacaq.
 
Düşünürəm ki, bu cür sənədlər ekosistemin inkişafı üçün heç bir halda yetərli ola bilməz".
 
Osman Gündüzün fikrincə ekosistemin və innovasiyaların inkişafı və münbit şərait üçün xeyli sayda qanunlar qəbul edilməli, startaplar üçün investisiya problemləri həll edilməli, investorlar klubu və fondları yaradılmalıdır.
 
"Xüsusən də bu sahənin inkişafına cavabdeh olan 3 dövlət qurumu, VXSİ Dövlət Agentliyi, NRYTN və KOBİA səylərini gücləndirməlidirlər".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startapın müəyyən olunması meyarları təsdiqlənib

30-01-2021

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb

21-05-2021

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026

Azərbaycanda I yarımildə 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

03-08-2023

Azərbaycanda daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

27-10-2023

“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

23-04-2021

Daha 8 qurum Startap şəhadətnaməsi alıb

13-10-2023

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

Ekspert: Startap Meyarlarının təsdiqlənməsi nəyi dəyişəcək?

11-02-2021

Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib

31-03-2022

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

11-09-2021

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

21-07-2023

Startap şəhadətnaməsi daha çox hansı sahələr üzrə verilib?

17-04-2023

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Azərbaycanda daha 5 startap mənfəət və gəlir vergisindən azad edilib

13-03-2024

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

14-10-2025

Startap Şəhadətnamələrinin verilməsi nə üçün ləngiyir ?

26-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə