Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın inkişafı sektorunun Qadınlar Şəbəkəsi (NoW in ITU-D) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində Bakıda xüsusi tədbir təşkil edib. Tədbir qadınların informasiya-kommunikasiya texnologiyaları sahəsində liderliyinin, qərarvermə proseslərində daha fəal iştirakının dəstəklənməsi məqsədilə keçirilib.
Xeberler.az bildirir ki, sessiyada Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin və qurumun Telekommunikasiyanın İnkişafı Bürosunun
direktoru Kosmas Lakison Zavazava çıxış edib.
Tədbirdə 2023 – 2025-ci illər ərzində şəbəkənin fəaliyyətinə töhfə verən üzvlər sertifikatlarla təltif olunublar. Onlar arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji inkişaf şöbəsinin aparıcı məsləhətçisi, “WTDC-25” üzrə Qadınlar Şəbəkəsinin Məşvərət Şurasının üzvü və mentoru Sahibə Həsənova da yer alıb.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Tinatin Vəliyeva isə menti kimi çıxış edərək təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, “NoW” Beynəlxalq Telekommunikasiya İttifaqının qadınların texnologiya və rəqəmsal sahədə iştirakını təşviq edən proqramdır. Şəbəkə qadınlara təhsil imkanları təqdim etməklə yanaşı, onların peşəkar bacarıqlarını inkişaf etdirmək üçün mentorluq, təcrübə mübadiləsi və əlaqələndirmə platforması da yaradır. Bu təşəbbüslər telekommunikasiya sahəsində qadın liderliyinin gücləndirilməsinə və gender bərabərliyinin təşviqinə xidmət edir.




Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları