Uşaqları gözləyən yeni təhlükə - “Halal internet”

04-09-2020 / 19:09
"Artıq Nazirlər Kabineti qərar verib ki, dərslər əsasən distant formada, evdən təşkil olunacaq.
 
Bununla da distantın spesifik, texniki-texnoloji və elmi-pedaqoji problemləri ilə yanaşı uşaqları gözləyən daha bir problem üzə çıxacaq. Bu da “Halal internet”lə bağlı məsələdir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib:
 
"Ölkəmizdə məktəblərə verilən internetlə evlərə verilən internet arasında kəskin fərq var. Məktəblərə, bütün təhsil müəssisələrinə, belə demək mümkünsə “Halal internet”, təmizlənmiş, süzgəcdən keçirilmiş internet verilir. Yəni, bu trafikdə uşaqlar üçün zərərli ola biləcək infromasiyalar minimuma endirilib. Bu, bütün məktəblər üçün məcburidir.
 
Uşaqların evlərdə istifadə etdiyi internet isə adi, hamımızın istifadə etdiyidir. Burada isə uşaqlar üçün təhlükə var. Bu, birmənalıdır. Son zamanlar isə daha ciddi təhlükələr meydana gəlir, elə uşaqlar və yeniyetmələr üçün TikTok-la bağlı problemi qeyd etmək kifayətdir.
Fikrimcə, aidiyyatı qurumalr bunun fərqində olmalıdırlar. Azyaşlı uşaqlar üçün bu tip resursların monitorinq olunması və məhdudlaşdırılması məsələsi aidiyyatı qurumların diqqətində olmalıdır.
 
Düşünürəm ki, Təhsil Nazilriyi , NRYTN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, provayderlər və mobil operatorlarla birgə bu probelmin həlli üçün zəruri olan addımları atmalıdır.
 
Bizdə artıq “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” Qanun var.
Bu ildən qüvvədədir. Müşahidələrimiz göstərir ki, onun icrası ilə bağlı xeyli problemlər var. Bu qanuna görə artıq hər bir valideyn provayderdən “Halal internet”, süzgəcdən keçən internet tələb edə bilər.
 
Və qanuna görə provayder bu xidməti verməyə borcludur. Deməli artıq hər bir provayder səviyyəsində filtrasiyadan keçmiş internet tarfik olmalıdır".
 
Provayderlər buna hazırdırlarmı, belə avadanlqlar quraşdırılıbmı ? Onun xərcini kim çəkəcək ?
 
Ekspert qeyd edib ki, Təhsil Nazirliyi, NRYTN və operatorlar-provayderlər birləşərək distant təhsil müddətində uşaqlar üçün "Halal internet" paketi də hazırlaya bilərdilər.
 
"Düşünürəm ki, NRYTN provayderlərlə birgə bu poblemi həll etməlidir. Fikrimcə burada xərcələri bəhanə edərək internetin qiymətini artırmaq da yolverilməzdir.
Ümid edirəm hökumət, NRYTN bu işi nəzarətdə saxlayacaq, provayderlər bu xərcləri vətəndaşın üzərinə yıxmayacaqlar".
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə