Previous Next
Bağla

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025 13:47
Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz
Qazaxıstanın süni intellekt planı nəhayət ki, işə düşdü: Şeyx və NVİDİA Astanadadır
"Ötən günlər Abu Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhya Qazaxıstana rəsmi səfər edib, Prezident Tokayevlə görüşüb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert qeyd edib ki, görüş çərçivəsində çoxsaylı sənədlər, o cümlədən BƏƏ-nin süni intellekt sahəsində ixtisaslaşmış G42 holdinqinin törəmə şirkəti olan Presight ilə iki nəhəng layihə, "Ağıllı şəhər" və Superkompüter layihələri üzrə müqavilələr imzalayıblar. Astana üçün nəzərdə tutulan “Ağıllı şəhər” layihəsinə 190 milyon $ investisiya yatırılacaq:
 
"Anlaşma çərçivəsində iki ədəd NVİDİA H200 əsaslı superkompüter klasterin Qazaxıstana tədarük olunması və süni intellekt və data emalı üçün böyük bir hesablama mərkəzi yaradılması nəzərədə tutulub.
 
Həmçinin Presight şirkəti Astanada nümayəndəliyini açıb və Mərkəzi Asiya üzrə böyük layihələr həyata keçirməyi hədəfləyib.
 
Xatırladıram ki, belə bir anlaşma bir il bundan öncə imzalansa da Qazaxıstan indiyədək bu NVİDİA çiplərini ABŞ-ın tətbiq etdiyi lisenziya məhdudiyyətləri səbəbindən əldə edə bilmirdi".
 
Osman Gündüzün sözlərinə görə, Şeyxin Qazaxsıtana səfəri çərçivəsində belə bir anlaşma isə artıq onu göstərir ki Qazaxıstanın bu çipləri əldə etməsindəki çətinliklər arxada qalıb:
 
"Bu günlərdə belə bir məlumat da yayılmışdı ki, ABŞ 500 000 NVİDİA çiplərinin BƏƏ-yə ixracına icazə verib. Bunun bir hissəsi də Presight şirkətinə veriləcək.
 
Güman ki ABŞ texnologiyalar sahəsində Yaxın Şərqdə möhkəmlənmək, Çinin təsirlərini bu regionda azaltmaq üçün bu addımları atır.
 
Düşünürəm ki, bu anlaşmalar Qazaxıstanın Mərkəzi Asiyada, ümumiyyətlə regionda süni intellekt və texnologiyalar sahəsində mövqeyini xeyli gücləndirəcək.
 
Yeri gəlmişkən həmin bu Presight şirkəti ilə SOCAR-ın da əməkdaşlıq müqaviləsi var. Bu müqavilə Azərbaycanda süni intellekt əsasında Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin yaradılamsını, şəbəkənin modernləşdirilməsini, texnologiyaların tətbiqi ilə qaz itkilərinin və emissiyaların azaldımasını nəzərdə tutur. Layihənin ümumi dəyəri 480 milyon dollar təşkil edir".
 
Ekspert xatırladıb ki, Azərbaycanda da süni intellekt infrastrukturunun inkişafına yönələn iki Superkompüter layihəsi reallaşmaqdadır:
 
"İqtisadiyyat Nazirliyinin dəstəyilə, CASPEL şirkəti tərəfindən qurulan 10 milyonluq Superkompüter infrastrukturunun yaxın günlərdə açılışı nəzərədə tutulur. Əsasən dövlət və elmi tədqiqat sektoruna xidmət göstərəcək.
 
RİNN-in və AzİnTelecom-un dəstəyilə, hələlik adı açıqlanmayan digər İT şirkətimiz tərəfindən qurulan 7 milyonluq süni intellekt infrastrukturun nə zaman hazır olacağı açıqlanmayıb. Əsasən biznes, startap və innovasiya ekosistemə yönəlib".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlk superkompüter Qazaxıstana gətirilib

19-05-2025

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Osman Gündüz: Süni intellektdə yeni səhifə - Azərbaycan–BƏƏ əməkdaşlığı

17-09-2025

Azərbaycan və BƏƏ növbəti Süni İntellekt üzrə əməkdaşlıq edəcək

16-09-2025

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025

Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025

Cənubi Koreya BƏƏ-nin süni intellekt layihəsinə qoşulur

18-11-2025

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

“Nvidia” “Siemens” şirkəti ilə əməkdaşlıq edəcək

07-01-2026

Nvidia Çin bazarına süni intellekt çiplərinin satışını bərpa edir

15-07-2025

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025

Çin “H200” çiplərinin idxalına başlaya bilər

09-01-2026

Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib

10-07-2025

Nvidia "H200" çip komponentləri təchizatçıları istehsalı dayandırıblar

17-01-2026

Osman Gündüz: Ölkədə süni intellekt sahəsində vəziyyət necədir?

17-01-2025

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024

“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

29-05-2025

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025

Dövlət qurumları hansı süni intellekt layihələri təqdim edib? - Təhlil

03-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə