Previous Next
Bağla

Ekspert:" Hökumətə necə müraciət etməli"?

24-08-2020 10:25
Ekspert:" Hökumətə necə müraciət etməli"?
"Cəmiyyətin diqqəti məlum toy ətrafında baş verənlərə yönəldiyi bir zamanda Prezident kifayət qədər ictimai əhəmiyyət kəsb edən bir Sərəncam verib.
 
Söhbət hökumətə müraciət etməyin daha bir innovativ üsulundan, “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında Sərəncamdan gedir. Bu Sərəncamla , anlaşıqlı desək, vətəndaşlar üçün mobil telefon vasitəsilə foto, video, səs formasında müraciətin dərhal göndərilməsinə imkan verən mobil tətbiq hazırlanması nəzərdə tutulub.
 
Yəni, vətəndaş bu sistemlə hansısa problemi anındaca telefonla çəkərək, şəkil və ya videonu yükləyərək, müvafiq dövlət qurumunu seçərək müraciəti dərhal da göndərə biləcək. Əgər internet bağlantısı həmin an yoxdursa sistem bunu sonradan da göndərməyə imkan verəcək.
 
Sistem müraciətin nəticəsini izləməyə də imkan verəcək. Sərəncama əsasən bütün mərkəzi icra orqanlarının informasiya resursları ASAN Müraciətə inteqrasiya olunacaq. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu sistem yerli icra hakimiyyətlərini də əhatə edəcək. Yəni, sistem bütün ölkə üzrə fəaliyyət göstərəcək. Düşünürəm ki, bu amil regional rəqəmsallaşmanın da sürətlənməsinə kömək edəcək.
 
Son zamanlar Prezident dəfələrlə vətəndaşların ictimai nəzarət proseslərində iştirakına toxunaraq bunun çox vacib olduğunu qeyd edirdi. Fikrimcə bu resursun yaradılmasında əsas məqsəd də məhz vətəndaşların bütün ölkə üzrə ictimai nəzarət proseslərində və hökumət qərarlarının qəbul edilməsində iştirakını gücləndirmək, hökumət-vətəndaş münasibətlərini daha çevik qurmaqdır.
 
İnanıram ki, bu sistem dövlət qurumlarının məsuliyyətini xeyli artıracaq, şəffaflığı da gücləndirəcək və korrupsiya risklərini azaldacaq. Bu tip rəqəmsal həllər beynəlxalq təcrübədə vətəndaş iştirakçılığı üçün geniş yayılan üsullardan biridir.
Yeri gəlmişkən, bizdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində ekoloji problemləri ictimailəşdirməyə kömək məqsədilə bu tip rəqəmsal həll, EKO - RADAR ötən ildən uğurla tətbiq olunur .
 
Düşünürəm ki, ölkə üzrə "Asan müraciət" sisteminin yaradılması ilə hökumətin, ASAN-ın əlində nəhəng DATA formalaşacaq.
 
Ümid edirəm ki, bu data cəmiyyət üçün açıq olacaq, açıq məlumat bazaları formalaşdırılacaq, cəmiyyət üçün ictimai əhəmiyyət kəsb edən infoqrafikalar hazırlanacaq, hökumətin, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinə qiymət vermək üçün zəruri olan bütün məlumatlar bu sistemdə əlçatan olacaq".
 
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ETSN-in Eko-Radar sistemi istifadəyə verilib

ETSN-in Eko-Radar sistemi istifadəyə verilib

09-09-2019
Ekspert: Hansı daha effektivdir? - “ASAN müraciət” sistemi, yoxsa Şamaxı “Elektron müraciət portalı” ?

Ekspert: Hansı daha effektivdir? - “ASAN müraciət” sistemi, yoxsa Şamaxı “Elektron müraciət portalı” ?

23-08-2021
Ülvi Mehdiyev: "ASAN müraciət" ötən il daha çox vətəndaşın diqqətini cəlb edib

Ülvi Mehdiyev: "ASAN müraciət" ötən il daha çox vətəndaşın diqqətini cəlb edib

11-03-2025
Ekspert Elektron Məhkəmə sistemindən danışdı

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019
Ən axsaq yerimiz səhiyyə sistemidir

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020
Ekspert Dövlət nəzarətini təkmilləşdirmək məqsədilə bir sıra təkliflər irəli sürüb

Ekspert Dövlət nəzarətini təkmilləşdirmək məqsədilə bir sıra təkliflər irəli sürüb

22-02-2021
Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

Açıq Məlumat Bazaları haqqında qanun qəbul edilməlidir

06-06-2018
“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021
Dövlət qurumlarının elektron xidmətlərinin, yoxsa oflayn xidmətlərinin qiymətləndirilməsi ictimai əhəmiyyət kəsb edir?

Dövlət qurumlarının elektron xidmətlərinin, yoxsa oflayn xidmətlərinin qiymətləndirilməsi ictimai əhəmiyyət kəsb edir?

21-02-2024
Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022
Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

Ekspert Tarif Şurasının qiymət artımı ilə bağlı açıqlama verdi

31-07-2018
Ekspert: Nə üçün geriləmişik?

Ekspert: Nə üçün geriləmişik?

03-10-2022
“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olunub

“ASAN müraciət”in 2024-cü il üzrə hesabatı təqdim olunub

11-03-2025
150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

150 provayderi əhatə edən şikayət sistemi effektiv olacaqmı ?

27-11-2023
Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019
ASAN 2.0-ın üstünlükləri

ASAN 2.0-ın üstünlükləri

13-11-2018
Ekspert: SİMA nə zaman populyar olacaq?

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022
Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

Ekspert: Azərbaycanın nəhəng informasiya resursunun hazırlanmasına start verilib

22-01-2025
Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020
Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

Ekspert: “Hökumət Buludu”na keçid nə üçün ləngiyir ?

19-08-2020
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

15-02-2023
MİDA yeni onlayn satış elan edib

MİDA yeni onlayn satış elan edib

16-11-2023
DİQLAS-ın yanması nəticəsində zərər çəkən sahibkarlara kompensasiyalar necə ödəniləcək ?

DİQLAS-ın yanması nəticəsində zərər çəkən sahibkarlara kompensasiyalar necə ödəniləcək ?

28-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə