BMT deyir ki, ölkəmizdə elektron hökumətin bəzi istiqamətləri üzrə vəziyyət sıfır səviyyədədir. ASAN bununla razılaşmayıb.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində bu barədə paylaşıpm edib.
“BMT "Elektron hökumətin İnkişafı İndeksi"nə görə özünün növbəti Reytinq cədvəlini açıqlayıb. Azərbaycan bu il 13 pillə geriləyərək 193 ölkə arasında 83- cü pillədə yer alıb. Reytinq iki ildən bir açıqlanır. Ötən reytinqlərdə, 2020-ci ildə və 2018-ci illərdə Azərbaycan eyni yerdə, 70-ci pillədə qərarlaşmışdı.
Görəsən 13 pillə geriləməyimizin səbəbi nədir ? Hesabat 3 istiqamət ( “Elektron xidmətlər”, “Telekommunikasiya infrastrukturu” və “İnsan kapitalı”) üzrə dəyərləndirmə aparılaraq hazırlanır. Yəni, ölkənin bütün rəqəmsal və elektron mühiti (elektron və mobil xidmətlər, onlara əlçatanlıq, portallar və saytlar, telekommunikasiya və mobil şəbəkə, internet istifadəçiləri, sosial mediadan istifadə, hüquqi baza, institusional vəziyyət, rəqəmsal savadlılıq, innovasiyalar, ağıllı həllər və s.) toplam olaraq bu 3 istiqamət üzrə dəyərləndirilir. Onlar da çoxsaylı alt qruplara ayrılmaqla çox saylı parametrlər üzrə qiymətləndirmə aparılır. İndeksin adında "elektron hökumət" ifadəsi olsa da, əslində ölkənin bütöv rəqəmsal mühiti qiymətləndirilir.
BMT bu il metodikanı da yeniləyib. İstiqamətlər üzrə Azərbaycanın balları aşağıdakı kimi olub :
“Elektron xidmətlər” 100 mümkün baldan 61 bal .
“Telekommunikasiya infrastrukturu” 67 bal.
“İnsan kapitalı” Azərbaycan 79 bal .
Hesabatdan görsənir ki, bizdə ən zəif vəziyyət “Elektron xidmətlər” istiqaməti üzrə olub. “Elektron xidmətlər” özü də institusional çərçivə, informasiya açıqlığı, e- xidmətlərin göstərilməsi , e-iştirakçılıq və texnologiya alt bloklara ayrılır. Bu istiqaməti araşdırdıqda görünür ki, bizim ən bərbad vəziyyətimiz “Elektron xidmətlər” istiqamətinin alt qrupu olan elektron iştirakçılıq indeksi olub. Bu indeks üzrə biz 25 pillə geriləyərək ötən ilki 73-cü yerdən 98-ci yerə enmişik.
“E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb.Hesabatı incələyəndə görmək olur ki, məhz bu indeks üzrə 2016-cı illə müqayisədə nə az-nə çox, hətta 51 pillə geriləmişik. E-iştirakçılıq dedikdə əsasən, vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, e-xidmətlər üçün vətəndaş rəylərinin və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. nəzərdə tutulur.
Onlayn şəffaflıq-informasiya açıqlığı, xidmətlərə və ictimai informasiyalara əlçatanlıq texnologiyaları üzrə, genişzolaqlı mobil istifadəçilər üzrə də nəticələr qənaətbəxş deyil. Yəni, bütün bunlar o demək ki, vətəndaşlar axtardıqları, sorğuladıqları informasiyanı , xidməti ya tapmırlar , ya da effektiv üsullarla əldə etməkdə çətinlik çəkirlər. Lokal elektron xidmətlər üzrə vəziyyət də hesabatda hədsiz dərəcədə zəif qeyd olunub. Hətta Bakı ilə Türkmənistanın paytaxtı Aşqabad eyni səviyyəni, 125 -ci yeri qazanıb. Bütün bunların nəticəsi olaraq "Elektron xidmətlər" indeksi üzrə nəticələr 2020-ci illə müqayisədə çox zəif olub.
Görünür ki, 13 pillə geriləmək məsləsi ASAN-ı da narahat edib.
Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov müsahibəsində bildirib ki, Reytinqdə Azərbaycanın nəticələri ilə bağlı BMT-yə müraciət olunub. Müraciətdə metodologiyada tətbiq edilən yeniliklərə və Azərbaycanda görülən bəzi işlərin orada əksini tapmamamasına münasibət bildirilməsi istənilib.
BMT-nin hesabatı reallığı əks etdirirmi və kimdir günahkar?
Düşünürəm ki, Reytinqdəki Azərbaycanla bağlı vəziyyət reallığı əsasən əks etdirir.
Razılaşmaq olar ki, son zamanlarda görülən bəzi işlər, xüsusən də mobil həllər və Bakının rayonları xaric, regional e-xidmətlər həqiqətən nəzərə alınmayıb. Amma düşünmürəm ki, bunlar nəticəyə elə də ciddi təsir edəcəkdi. Həm də, görünür ki, digər ölkələr yatmayıb, daha üstün nəticələr qazanıb. Əlbəttə, bu nəticəyə görə sektorda əsas cavabdeh qurumun, ASAN-nın Elektron Hökumətin İnkişafı Mərkəzi məsuliyyət daşıyır. Lakin, dərhal qeyd edim ki, bu cür bərbad nəticəyə görə yalnız cavabdeh qurum olan Elektron Hökumətin İnkişafı Mərkəzi deyil, Prezident Administrasiyasının müvafiq şöbələri, xüsusən də İqtisadi məsələlər və innovativ inkişaf şöbəsi də məsuliyyət daşıyır. Çünki, bu cür bərbad vəziyyətin səbəbi konseptual yanaşsaq, bütün ölkə üzrə vəziyyətin, e-gov sahəsində qurumlararası kordinasiyanın hədsiz zəif olmasıdır.
Təsəvvür edin ki, iki dövlət qurumundan birisində normal data var, amma onu digər dövlət qurum ilə bölüşmək istəmir. Onlarla rəqəmsal arayışlar var, amma heç bir dövlət quru onu tanımaq istəmir. Prezident fərmanı ilə qəbulu nəzərdə tutulan çoxsaylı sənədlər razılaşma üçün hansısa nazirlikdə "yatır", yaxud da Administrasiyada öz təsdiqini gözləyir. Nazirliklərdə rəqəmsallaşma və e-gov sahəsində işlər hədsiz ləng gedir.
Qurumlarda ən yaxşı halda rəqəmsal transformasiyaya cavabdeh şəxs İT şöbəsinin müdiridir. Hansı ki, o qonşu şöbənin xidmətini elektrona çevirmək üçün razılaşdıra bilmir. Nazirliklərdə e-xidmət , rəqəmsal transformasiya üzrə ən azı müavin səvissəində məsul şəxslər ayrılmalıdır. Son zamanlar açıq-aşkar hiss olunur ki eGov Mərkəzi kordinasiya işlərində irəli gedə bilmir. Qurum rəhbərləri sayğısızlıq edirlər.
Əgər vətəndaş hansısa xidməti və ya informasiyanı tapa bilmirsə və ya effektiv üsullarla əldə edə bilmirsə, vətəndaş effektiv üsullarla qərar qəbulu prosesində və ictimaii nəzarətdə iştirak edə bilmirsə, hansısa nazirlik datanı inteqrasiya etmirsə ASAN-nın Elektron Hökumətin İnkişafı Mərkəzindən daha çox Prezident Admimistrasiyasının müvafiq şöbəsi ciddi düşünməlidir.
Hesabatda diqqətimi cəlb edən bir məqam da ondan ibarət oldu ki, artıq keçmiş sovet ölkələrindən Azərbaycandan pis vəziyyəti olan, reytində bizdən aşağıda olan yalnız Türkmənistan və Tacikistan qalıb. Çox təəssüfləndirici və düşünsürücü haldır.
Ümumiyyətlə, düşünürəm ki, Prezident Administrasiyası kifayət qədər mötəbər hesab olunan BMT-nin bu nəhəng Hesabatını ciddi təhlil etməli və qiymət verməlidir, cavabdehlərdən hesabat tələb olunmalıdır, bütün maraqlı tərəflərlə birlikdə müzakirə edilməli və bu cür , yumşaq desək xoşagəlməz vəziyyəti düzəltmək üçün konkret cavabdehlər və vaxt göstərilməklə tədbirlər müəyyən etməlidir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri