Previous Next
Bağla

Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar

18-01-2025 13:22
Ekspert: Kiberdələduzlar cinayəti bilərəkdən həftəsonuna salırlar
"Təəssüf ki, yenə də köhnə metodla, bank əməkdaşı adından zəng edilməklə kiberdələduzluq baş verib.
 
Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev ailənin bank kartından 80 min manat oğurlandığını bildirib".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Qeyd edək ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
 
Məsələ ilə bağlı açıqlama verən Osman Gündüz bildirib ki, əgər pulun köçürülməsi yerli bank kartlarına olubsa düşünür ki, artıq cinayətkar hansısa polis bölməsinə gətirilib:
 
"Çünki, xatırladıram ki, ötən il DİN-in Kibercinayətkarlıqla Baş İdarəsi və ölkənin bütün bankları arasında bir anlaşma imzalanıb.
 
Bu anlaşmaya görə Baş İdarə və banklar arasında real vaxtda informasiya mübadiləsi baş verir və bunun əsasında zəruri məlumatları dərhal əldə edən polis üçün cinayətkarı yaxalamaq elə də problem olmur".
 
Ekspert bildirib ki, lakin kartdakı pulun köçürülməsi xarici hesablara, yaxud da kiptovalyuta hesablarına olubsa, bəli, burada araşdırmalar uzun çəkə biləcək:
 
"Əgər bank tez bunun üzərinə düşübsə, ən yaxşı halda "chargeback" yoli ilə vəsaiti geri çağırmaq mümkün ola bilər.
 
Ən pis variantda isə bizim də qoşulduğumuz mövcud konvensiyanın şərtləri əsasında xarici ölkənin bankları, kriptovalyuta birjaları, ölkələrin polis qurumaları, İnterpol, Europol və s. qurumlar prosesə qoşulmalıdır ki, bu da zaman alan bir prosesdir.
 
Əgər cinayətkar anonim kripto cüzdanlardan istifadə edibsə və ya kriptovalyuta platformasında yüksək səviyyədə anonimlik təmin edilirsə, araşdrımalar daha da çətinləşir".
 
Osman Gündüzün sözlərinə görə, son zamanlarda Baş İdarə qonşu ölkələrin müvafiq qurumları ilə əlaqələri gücləndirib, bu istiqamətdə bir neçə uğurlu əməliyyatlar keçiriblər:
 
"Açıqlanan məlumatlardan görünən odur ki, kiber polis ötən müddət ərzində həm profilaktika, həm də kibercinayətkarlığa qarşı mübarizədə xeyli irəliyə gedə biliblər.
Ümid edirəm bu cinayətin də üstünü tez aça biləcəklər".
 
Ekspert bildirib ki, fərdi məlumatları, bank məlumatlarını qorumaq həm də vətəndaşın borcudur:
 
"İndiki halda birbaşa bankı günahlandırmaq da doğru olmazdı. Çünki cinayət hansısa bir kiber hücum, fişinq, ziyanlı proqramla bank hesabının dağıdılması ilə reallaşmayıb. Vətəndaş özü könüllü olaraq icazə verib ki, vəsait köçürülsün".
 
Osman Gündüz bildirib ki, banklar bank fırıldaqçılıqları ilə bağlı maarifçilik işlərini təşviq etməlidir, müştərilərini tez-tez məlumatlandırmalıdır. Banklar bu prosesə resurslar ayırmalıdır:
 
"Bir daha vurğulamaq istərdik ki, hansıa bank müştərisinə zəng edib hansıa bir əməliyyat aparmır. Daxil olan SMS kodlarla bağlı bank heç zaman vətəndaşdan nəsə sorğulamır.
 
Belə formada zənglər olanda vətəndaş dərhal polisə, 102-yə məlumat verməlidir.
Ümumiyyətlə, bu tip hallarla bağlı Mərkəzi Bankın, Banklar Asosiasiyasının müştəriləri qorumaq üçün hansısa bir sığorta fondu formalaşdırması da faydalı ola bilərdi.
 
Vətəndaşları bu istiqamətdə daha anlaşıqlı formada maarifləndirmək üçün çatbotlar hazırlamaq da faydalı olar".
 
Sonda ekspert qeyd edib ki, hazırda qonşu ölkələrdə QR-kod vasitəsilə həyata keçirilən kibercinayətlər hədsiz çoxalıb. Adətən qonşu ölkələrdə olanlar müəyyən müddətdən sonra bizə də gəlib çatır:
 
"QR-kod-ların oxunması təklif olunarkən, hansısa yerlərdə bu tip kodların şirnikləndirici reklamlarına rast gəldikdə ehtiyatlı olmaq lazımdır. Onların yönləndirildiyi saytlar vasitəsilə fərdi məlumatlar ələ keçirilə bilir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

Bank Kartları niyə hədəfə çevrilir? -Gizli siyahılarla aparılan kiber “ov”

11-04-2025
Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

Ekspert: Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi kibertalamaların qarşısnı ala biləcəkmi?

21-08-2024
Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

Banklar elektron sənədi niyə qəbul etmir?-Problem

20-10-2017
DİN: Həftəsonu bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

DİN: Həftəsonu bank kartlarından 33 min manata yaxın vəsait oğurlanıb

23-06-2025
DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı çağırış edir

25-06-2025
Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıq törədilib

Hökumə Əliyevanın atasına qarşı kibercinayətkarlıq törədilib

18-01-2025
DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020
"Kapital Bank" kiberdələduzluqla bağlı açıqlama yayıb

"Kapital Bank" kiberdələduzluqla bağlı açıqlama yayıb

18-01-2025
Vətəndaşın bank kartından 5 min manat oğurlanıb

Vətəndaşın bank kartından 5 min manat oğurlanıb

23-04-2025
DİN: Dünən bank kartlarından 12 min manat oğurlanıb

DİN: Dünən bank kartlarından 12 min manat oğurlanıb

21-06-2025
DİN: Kart məlumatlarınızı naməlum şəxslərə verməyin

DİN: Kart məlumatlarınızı naməlum şəxslərə verməyin

06-06-2025
DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

DİN: Ötən gün bank kartlarından 9600 manata yaxın pul oğurlanıb

05-06-2025
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi nələri dəyişəcək?-RƏY

04-06-2023
Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

Din: Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub

19-03-2026
Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

Eskpert: DİN bank kartları ilə bağlı kibercinayət statistikasını nə üçün dayandırıb?

11-09-2025
Osman Gündüz: Ötən il təxminən 178 pensiyaçı aldadılıb

Osman Gündüz: Ötən il təxminən 178 pensiyaçı aldadılıb

10-02-2025
Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib

Ekspertdən xəbərdarlıq: Onlayn kredit sistemi təhlükəyə çevrilib

07-05-2025
DİN: Kiberdələduzluq ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır

DİN: Kiberdələduzluq ilə üzləşməmək üçün ehtiyatlı olmaq lazımdır

11-06-2025
Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

Ötən gün bank kartlarından 11 min manatdan çox vəsait oğurlanıb

24-06-2025
DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

DİN: Bank kartlarına müdaxilə varsa, dərhal 102-yə məlumat verin

06-10-2025
DİN: Bank kartlarına kibermüdaxilə halları var

DİN: Bank kartlarına kibermüdaxilə halları var

03-10-2025
Kiberpolis qanunsuz fəaliyyətlə məşğul ola 5 dəstəni ifşa edib

Kiberpolis qanunsuz fəaliyyətlə məşğul ola 5 dəstəni ifşa edib

25-10-2025
Ekspert: Nə üçün "102" xidməti rəqəmsallaşa bilmir?

Ekspert: Nə üçün "102" xidməti rəqəmsallaşa bilmir?

31-03-2021
Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

Bank kartları və onlayn kreditlərlə bağlı ən çox fırıldaqçılıq olan bankların adları açıqlanacaqmı?

24-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə