Previous Next
Bağla

Ekspert: Beynəlxalq platformalarla kimlər “vuruşmalıdır”?

25-07-2020 17:44
Ekspert: Beynəlxalq platformalarla kimlər “vuruşmalıdır”?
Xeberler.az bildirir ki, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva dünyanın müxtəlif şəhərlərində ermənilər tərəfindən azərbaycanlılara və səfirliklərimizə qarşı törədilən zorakalıq və vandalizm ilə bağlı xalqa müraciət edib.
 
Müraciət son günlərdə baş verənlərə hökumətin mövqeyi baxımından və xaricdəki soydaşlarımıza dəstək baxımından ciddi əhəmiyyət kəsb edir.
 
Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"Müraciətdə mübarizənin və araşdırmaların hüquqi müstəvidə aparılmasının zəruriliyi, indiki zamanda həmrəyliyin və diasporun bütün potensialının birləşməsinin vacibliyi, cinayət törədənlərin məsuliyyətə cəlb edilməsi üçün bütün beynəlxlaq platformalardan istifadə edilməsi vurğulanıb, baş verənlərə hüquqi qiymət verilməsi üçün zorakalıq baş verən ölkələrin hüuquq-mühafizə orqanlarına çağırış edilib. Hər bir səsin əhəmiyyəti olduğu qeyd edilib.
 
Müraciətdə diqqət çəkən məqamlardan biri də, hökumətin indiyədək elə də xoş münasibətdə olmadığı, bəzi hallarda həqiqətən də Azərbaycana qarşı ikili standartlar tətbiq edən “Freedom House”, “Amnesty İnternational ” və “Human Rights Watch”kimi beynəlxalq ictimai qurumlara ədalətli və prinsipial mövqe sərgilənməsi ilə bağlı çağırış olub.
 
Doğurdan da, düşünürəm ki, adı çəkilən beynəlxalq qurumların indiyədək baş verənlərə münasibət bildirməməsi maraqlıdır. Məlumdur ki, erməni təəssübkeşliyinin, erməni lobbisinin təsiri altında olan beynəlxalq qurumlar da çoxdur.
 
Düşünürəm ki, indiki anda ölkəmizdə həqiqətən də beynəlxalq platformalarda “vuruşacaq” və işləyəcək ictimai qurumların yeri görünür".
 
Görəsən hökumət nə üçün yaranmış situasiya ilə bağlı vətəndaş cəmiyyətinin imkanlarından səmərəli istifadə etmir ? Nə üçün QHT-lərə Dövlət Dəstəyi Şurası susur ?
 
Ekspert bu kimi suallara aydınlıq gətirib:
 
"Bəlkə, adı çəkilən beynəlxalq ictimai qurumlara Birinci vitse-prezident səviyyəsində deyil, elə adı çəkilən dövlət qurumu səviyyəsində, beynəlxalq səviyyədə tanınan ictimai qurumlar səviyyəsində müraciətlər edilməsi daha məntiqli ola bilərdi.
 
Görünür ki, hökumət də fərqindədir ki, bizim beynəxalq arenada işləyə biləcək ictimai qurumlarımız yetərincə resurslara malik deyil.
 
2014-cü ilin dekabrında vətəndaş cəmiyyəti sektorunda kimlərinsə təşəbbüsü ilə aparılan anormal “Hüquq islahatından” sonra bütün vətəndaş cəmiyyəti sektoru hədsiz dərəcədə zəifləyib.
 
Əksinə, beynəlxalq qurumlardan ölkəmizə daxil olmalı resurslar və qrantlar da Gürcüstana və Ermənistana yönləndirilib.
 
Əvvəllər beynəlxalq arenada aktiv olan ictimai qurumlarımız uzun müddətdir ki ciddi resurslrdan, huquqi məhdudiyyətlərdən əziyyət çəkərərk öz potensialını üzə çxartmaqda çətinlik çəkir.
 
Təbii, düşünürəm ki, vətəndaş cəmiyyətinin indiki duruma düşməsində sabiq köməkçi Əli Həsənovun ciddi rolu olub. Maraqlıdır ki, onun vəzifəsindən azad olunmasından xeyli müddət ötüb, amma hələ də sektorun canlandırılması və bu sektorda ciddi islaharların aparılmasına təşəbbüslər və səylər müşahidə olunmur. Nə üçün, kimlər maraqlıdır ki, vətəndaş cəmiyyəti güclənməsin. Elə dünənki toplantıda Prezident bir daha ictimai nəzarətin gücləndirilməsinin vacibliyindən danışırdı".
 
Osman Gündüz son olaraq baş verən hadisələrlə bağlı bir sıra təkliflər irəli sürüb:
 
"Fikrimcə indiki anda, zorakalıqlar baş verən ölkələrin dövlət qurumalrı ilə XİN və diaspora dövlət qurumumuz ciddi işlər aparmalı, Avropa Şurası, ATƏT və digər qrumlarda məsələ qaldırmalı, zərərçəkən soydaşlarımıza sahib çıxmalı və dəstək göstərməli, Türkiyə və dost ölkələrin diasporası ilə əlaqəli fəaliyyətə üstünlük verilməlidir.
 
Bununla yanaşı beynəlxalq ictimai platfromalarla dövlət sektoru deyil, məhz ictimai qurumlar, ictimai fəallarımız işləməlidir.
 
Birinci vitse-prezidentin Müraciətindən, təcrübəli səfirlərimizin açıqlamalarından görsənir ki vəziyyət mürəkkəbdir. Erməni tərəf bütün resurslarını son zamanlar xarici ölkələrdə xeyli təşkilatlanmış və həmrəylik nümayiş etdirən soydaşlarımıza qarşı yönləndiriblər.
 
Düşünürəm ki, hələ də gec deyil. Hökumət vətəndaş cəmiyyəti aktivlərini səfərbər etməlidir, indiki anda xüsusilə də yuxarıda adı çəkilən beynəlxalq qurumlarla işləyə biləcək vətəndaş cəmiyyəti institutlarına, ictimai fəallara dəstək verilməlidir, bu məqsədlə resurslar səfərbər olunmalıdır.
 
Vətəndaş cəmiyyəti sektporundakı problemləri kökündən həll etmək üçün ciddi addım atılmalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır

18-06-2020

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020

Ekspert Prezident yanında İctimai Palatanın yaradılması haqqında danışdı

08-02-2019

DİQLAS-ın yanması nəticəsində zərər çəkən sahibkarlara kompensasiyalar necə ödəniləcək ?

28-03-2019

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

“Rəqəmsal Vətəndaş Cəmiyyəti” panel müzakirəsi keçirilib

21-10-2025

Vətəndaş Cəmiyyəti və İnternet İdarəçiliyi məsələsi müzakirə edilib

09-11-2012

Ekspert: 3D-nin formatı önəmlidir yoxsa Dadaşlinskinin suallarının mahiyyəti ?

03-10-2019

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

09-03-2022

Ekspert Dövlət Gömrük Komitəsindəki mövcud durumdan danışdı

03-10-2018

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

01-06-2023

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Azərbaycan İnterneti məhdudlaşdırıla bilərmi ?

16-11-2016

DİN-də Kibercinayətkarlıqla mübarizə strukturu olmalıdırmı?

03-03-2020

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

e-sosial.az resursunda nə baş verir?

07-04-2020

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019

Ekspert: Oliqarxlar 15 il ərzində Rəqabət Məcəlləsinin qəbulunu necə əngəlləyə bilib ?

06-09-2019

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə