Previous Next
Bağla

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017 13:38
WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

Məlumat verdiyimiz kimi, son dövrlərdə Azərbaycanda WhatsApp, Skype və digər bu kimi resurslara blok qoyulub.

Hazırda məsələ ictimaiyyətdə ciddi narazılıqla qarşılanır.

Xeberler.az olaraq məsələni diqqətdə saxlayır və oxuculara mütəmadi məlumat təqdim edirik. Eksepertlər bu kimi platformaların bloklanması əsas səbəbini təhlükəsizliklə əlaqləndirir.

Hazırda bu məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı  müzakirələr davam edir.

Məsələ ilə bağlı Azərbaycan İnternet Formunun rəhbəri, ekspert Osman Gündüz Xeberler.az-a bildirib ki, bütün bu olanlar onu göstərir ki, belə xidmətlər təqdim edən resurslar ölkədə adım-adım bloklana bilər.

Eksepert hesab edir ki, görünür, adı çəkilən resursların sahibləri hökumətlə əməkdaşlıq etmədiyi müddətcə bu məhdudiyyət aradan qalxmayacaq.

Osman Gündüz, informasiya münasibətlərinin və müxtəlif xidmətlərin reallaşmasında ciddi rol oynayan bu tip resursların uzun müddət məhdudlaşdırılmasının ölkəmiz üçün yolverilməz olduğunu diqqətə çatdırıb.

Forum prezidenti bu məqamda hökumət  tərəfindən alternativlərin təklif edilməsini doğru hesab edir:

“İndiki halda hökumət bəzi suallar ətrafında fikirləşməlidir: Hansı resurslardan istifadə etsin vətəndaşlarımız ?, Hansılar tövsiyə olunur ?, Beynəlxalq rabitə xidmətlərinin, rouminqin tariflərinin hədsiz baha olduğu bir şəraitdə vətəndaşlar nə etməlidir?, Bəlkə özümüzün bu tip resursumuzu yaradaq?, Bəlkə hökumət dəstək versin ki, bizim özümüzün bu tip milli startapı hazırlansın?. Bunlara cavab olmadığı halda Estoniyadakı kimi ümid qalacaq ki, mühit nə zamansa məcbur edəcək ki, kiminsə ağlına oxşar ideya gəlsin”.

Ekspert qeyd edib ki, hökumət tərəfindən bu sahədə ciddi addımların atılması vacibdir:

“Müharibə şəraitində olan ölkə üçün, son dövrlərdə xarici təsirlərin də ölkəmizə təsirlərinin artdığı müşahidə olunduğu bir zamanda təhlükəsizliklə bağlı atılan addımlar anlaşılandır və zəruridir. Bununla belə, yuxarıda qeyd olunanlarla bağlı hökumət tərəfindən ciddi addımların atılmasını, alternativlərin təqdim edilməsini, bu sahədə mövcud problemlərin həlli istiqamətində təsirli tədbirlər görülməsini vacib hesab edirəm".

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017
Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017
Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018
“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015
Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021
Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018
Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

Ekspert resursların Data Mərkəzə miqrasiyasından danışdı

19-03-2019
Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

Ekspert: "Twitter"ə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır

12-10-2020
AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

AIF bəzi internet resurslara girişin məhdudlaşmasına münasibət bildirdi

11-03-2010
AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015
Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017
Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

Nazirliyin qurumları özəlləşdirilməyə hazırlanırmı?

24-05-2018
Bakı metrosunda Wi-Fi olacaqmı?

Bakı metrosunda Wi-Fi olacaqmı?

08-09-2015
Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda kriptovalyuta ilə bağlı qanun layihəsi hazırlanır

25-01-2018
Milli informasiya resursları ələ keçirilib

Milli informasiya resursları ələ keçirilib

03-03-2023
Klassik Texno Park ideyası artıq öz əhəmiyyətini itirib

Klassik Texno Park ideyası artıq öz əhəmiyyətini itirib

16-01-2017
Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

12-11-2015
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

Müharibə şəraitində informasiya resurslarımızın dayanıqlığı əhəmiyyət kəsb edir

15-07-2020
Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022
İnternet üzərindən yayımlanan xarici  TV xidmətlər qapadılacaqmı ?

İnternet üzərindən yayımlanan xarici TV xidmətlər qapadılacaqmı ?

27-12-2023
Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

13-09-2021
Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

09-03-2022
İnformatika fənni niyə qəbul imtahanına salınmır?

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə