Previous Next
Bağla

İnsident menecment açar sözlərlə axtarış aparacaq

25-07-2018 17:29
İnsident menecment açar sözlərlə axtarış aparacaq

Müxtəlif ölkələrdə artıq sosial şəbəkələrə nəzarət etmək üçün proqramlardan istifadəyə cəhd göstərilir. Belə ki, artıq Rusiyada da məsələ gündəmə gəlib. Kreml sosial şəbəkələrdə yer alan informasiyaları və hakimiyyətin hərəkətlərinə reaksiyaları izləmək üçün yeni İnsident menecment monitorinq sisteminin işə salınması üçün təşəbbüs qaldırıb. Bu barədə RBK Kremldəki və regional hökumətlərdəki mənbələrinə istinadən bildirir. Mənbələr deyiblər ki, sistemi Medialogiya MMC adlı şirkət işləyib hazırlayıb. Şirkətdə məlumatı təsdiq ediblər. Bildiriblər ki, sistem artıq bir sıra regionlara təqdim olunub.

Xeberler.az məlumat verir ki, İnsident menecment sistemi əsas sosial şəbəkələrdə (Facebook, İnstagram, Vkontakte, Odnoklassniki və Twitter) açar sözlərlə axtarış aparacaq. Axtarışın nəticələri administratora ötürüləcək. Hansı məlumata cavab verilməli olduğu sistem administratoru tərəfindən müəyyən ediləcək. Bir regional məmur deyib ki, yerli hakimiyyət sosial şəbəkələrdən toplanmış informasiya üzrə sorğuya ən geci bir sutka ərzində cavab verməlidir. Nəzərə alsaq ki, zaman-zaman hökumətlər sosial media resursları ilə ciddi problemlər yaşayır, Rusiyanın bu addımı anlaşılandır. Bəs Azərbaycanda necə, bunu etmək mümkündürmü? Məsələn, yayılan şikayətlərin araşdırılması və adekvat tədbirlərin görülməsi və ya yayılan məlumatların dezinformasiya olub-olmamasının dəqiqləşdirilməsi üçün bu addımı atmaq mümkündürmü? Xatırladaq ki, ölkəmizdə də bir neçə millət vəkili sosial şəbəkələrə nəzarət təklifi ilə çıxış etmişdi.

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz Cümhuriyət qəzetinə şərhində bunun üçün ölkələrin sosial media şirkətləri ilə əməkdaşlığa getməli olduğunu deyib.

O.Gündüz həmçinin əlavə edib ki, sözügedən şirkətlər kiçik dövlətlərlə əməkdaşlıqda maraqlı olmurlar: Düşünürəm ki, hökumətlər sosial medianın özü ilə birbaşa əməkdaşlıq etmirsə, şifrəli məlumatların əldə olunması kifayət qədər çətin olur. Facebook, whatsapp, telegram və digər sosial şəbəkə resurslarında məlumatlar şifrələnərək ötürülür. Həmin şifrələr isə sosial media resursunun sahibidir. Əgər bu şifrə xüsusi xidmət orqanlarında, hökumətdə yoxdursa, o, zaman ciddi problemlər olur. Deyək ki, müxtəlif ciddi məqamlarda məluat əldə etmək, əməliyyat-axtarış aparmaq çətin olur. Ona görə də zaman-zaman ölkələrdə sosial media ilə bağlı problemlər olur. Məsələn, Türkiyədə istədikləri zaman YouTube-ni, Facebook-u bağlayırlar. Səhv etmirəmsə, hazırda Türkiyədə vikipedia bağlıdır.

Bütün bunlar onunla əlaqədardır ki, hökumət təhlükəsizlik məqsədi ilə bağlı şifrələri istəyirlər, ancaq həmin şirkətlər vermirlər. Amma elə ölkələr var ki, sosial media şirkətləri onlarla əməkdaşlıq edirlər. Adətən, sosial media resursları kiçik ölkələrlə əməkdaşlığa getmək istəmirlər. Çünki şirkətlər biznes qurumudur və şifrələri nə qədər çox versələr, o qədər də nüfuzdan düşürlər və pul qazana bilmirlər. Yəni, əslində bu cür əməkdaşlıqlar onların maliyyə bazarına təsir edir. Amma böyük ölkələrlə hesablaşırlar. Çünki orada milyonlarla izləyici var və şirkətlər əməkdaşlığa getmədikləri halda ölkələr həmin şəbəkələrə girişi bağlayırlar. Türkiyə nümunəsində gördük ki, bir sıra sosial şəbəkələr bağlanandan sonra onlar əməkdaşlığa getdilər. Düşünürəm ki, Rusiya ilə bağlı məsələ də bu cür olacaq. Məsələn, uzun müddətdir Rusiya hökuməti ilə Telegram arasında savaş gedir. Zamanında müxtəlif protokollardan, müqavilələrdən istifadə olunduğuna görə indi bunu bağlamaq da çətindir.

Ona görə də yeganə yol ya əməkdaşlıq etməkdən, ya da yeni yolların, layihələrin icrasından keçir. İkinci yol daha böyük avadanlıqlar, xərclər tələb edir. Bu da zaman-zaman dəyişir. Bu gün 15-20 milyon xərcləyib yeni avadanlıqlar alırsan və nəzarət funksiyası həyata keçirirsən. Amma 5-6 aydan sonra həmin avadanlıqlar heç bir işə yaramayacaq. Çünki yeni texnologiyalar istehsal olunacaq və həmin qurğularla nəzarət etmək artıq mümkün olmayacaq. Ona görə də düşünürəm ki, istənilən halda dövlətlərin təhlükəsizliyi, əməliyyat axtarış tədbirləri, terrorçuluqla mübarizə üçün hökumətlərin sosial media şirkətləri ilə əməkdaşlığı başadüşüləndir. Artıq bu qaçılmaz bir prosesdir. Amma istənilən halda yeni avadanlıqların alınmasındansa, məsələn, həmin şirkətlərin Azərbaycana dəvət olunması və əməkdaşlıq edilməsi daha arzuolunandır

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

“Azərbaycanda sosial medianın əhəmiyyəti artıb”

05-06-2015
Türkiyədə Twitter uğrunda "vuruşma"

Türkiyədə Twitter uğrunda "vuruşma"

09-02-2023
Facebook-dan daha bir yenilik

Facebook-dan daha bir yenilik

25-10-2015
Baflike adlı sosial şəbəkə fəaliyyətə başlayacaq

Baflike adlı sosial şəbəkə fəaliyyətə başlayacaq

04-07-2018
Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

Ekspert Osman Gündüz sosial şəbəkələrin çökməsi barədə danışdı

04-07-2019
Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

28-03-2014
Ekspert: Türkiyə sosial mediaya qarşı sərt xəttini davam etdirir

Ekspert: Türkiyə sosial mediaya qarşı sərt xəttini davam etdirir

29-07-2020
Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq

Sosial şəbəkələr uydurma xəbərlərlə mübarizə aparacaq

15-09-2016
“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015
Azyaşlıların sosial şəbəkələrdən istifadə etməsi təlükəlidir

Azyaşlıların sosial şəbəkələrdən istifadə etməsi təlükəlidir

14-08-2018
Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

Ekspert: McDonalds Azərbaycanda siyasətə qarışmırdı, indi isə Ukraynada təcavüzə etiraz edir

09-03-2022
Facebook-un ictimai və biznes çəkisi azala bilərmi?

Facebook-un ictimai və biznes çəkisi azala bilərmi?

23-01-2018
Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

Azərbaycandakı internet-xəbər resurslarına nəzarət ediləcək

27-11-2010
«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

«Sosial şəbəkələrdə yayılan neqativ məlumatlara görə cinayət işi açıla bilər»

04-04-2013
“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

“Reklama yalnız pul xərcləməklə effektli etmək olmur”-Müsahibə

13-03-2018
ABŞ məmurları «Twitter»çidirlər

ABŞ məmurları «Twitter»çidirlər

11-06-2010
Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015
ABŞ prezidentlərindən daha güclü olan dünya gücü - sosial media

ABŞ prezidentlərindən daha güclü olan dünya gücü - sosial media

09-01-2021
VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020
VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020
Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

14-02-2019
Azercell Biznesim Sosial Şəbəkə Paketlərini təqdim edir

Azercell Biznesim Sosial Şəbəkə Paketlərini təqdim edir

06-09-2019
Ekspert ismarıcların izlənilməsi haqqında danışıb

Ekspert ismarıcların izlənilməsi haqqında danışıb

01-10-2018
Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusun “dərman”ını  axtarır

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusun “dərman”ını axtarır

20-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə