Azərbaycan prezidentinin iqtisadiyyatın müxtəlif sektorları ilə bağlı təsdiq etdiyi 12 Strateji Yol Xəritəsindən biri telekommunikasiya və informasiya texnologiyalarının inkişafına həsr olunub.
Xeberler.az məlumat verir ki, 2016-cı ilin 6 dekabrında təsdiqlənən sənəddə qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsində 2020-ci ilədək müəyyən edilmiş məqsədlərə çatmaq üçün 3 strateji hədəf və 10 prioritet müəyyən edilib.
Strateji hədəf 1.
Strateji hədəf 2.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) sənədin icrasının hesabatını açıqlayıb. Hesabatda qeyd olunub, Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərin 2017-ci il üzrə nəzərdə tutulmuş hissəsinin 47 faizinin icrası tamamlanmış, 28 faizi qismən icra edilmiş, 25 faizi isə icra edilməyib.
Hədəflər üzrə isə belədir: “Telekommunikasiya sektorunda uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübələrinin öyrənilməsi və Azərbaycanda tətbiqi imkanları üzrə bir sıra araşdırmalar aparılıb. TASİM layihəsinin reallaşdırılması məqsədilə ətraflı texniki-iqtisadi əsaslandırmanın aparılması üçün birgə büdcənin yaradılmasına dair ölkəmizin irəli sürdüyü təklifləri TASİM operatorları müsbət qarşılamış, birgə müzakirələrin nəticəsi olaraq texniki-iqtisadi araşdırma aparılması üçün texniki şərtlər toplusu hazırlanıb”, – deyə İİTKM-nin hesabatında qeyd olunub.
“Gec dərc olunması bir yana…”
Ancaq ekspertlər hesab edir ki, sənədin icrası ilə bağlı detallı hesabat olmalıdır. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, əvvəllər İİTKM Yol Xəritələrinin icra vəziyyəti hesabatı açıqlayandan sonra müzakirələrini təşkil edirdi: “Müzakirəyə maraqlı tərəflər, vətəndaş cəmiyyəti, özəl sektor və dövlət qurumları dəvət edilirdi. Ancaq bu dəfə keçən ilin hesabatı kifayət qədər gec, yarım il sonra, iyulda dərc olundu. Gec dərc olunması bir yana, müzakirəsi keçirilməyib”.
“Biz bilmirik ki, konkret hansı işlər görülüb”
O.Gündüz əlavə edir ki, müzakirə keçirilməyəndə müstəqil ekspertlər üçün problem olur: “Hesabatda tədbirlərin 20, 50 və ya 100 faiz icra olundğu yazılır. Ancaq biz bilmirik ki, konkret hansı işlər görülüb. İcra hesabatının müzakirə olunmasına ehtiyac var. Müzakirədən sonra bir nəticəyə gəlmək olar ki, nə icra olunub nə qalıb”.
O.Gündüz yada salır ki, tədbirlərdən biri müstəqil tənzimləyici qurumun yaradılmasıdır: “İşçi qrupunun yardılması, tənzimləyici qurumun fəaliyyəti üzrə normativ-hüquqi aktların hazırlanması və təsdiq edilməsi nəzərdə tutulmuşdu. Eləcə qeyd olunub ki, bu istiqamətdə tədbirlərin 50 faizi icra edilib. Ancaq heç biri açıqlanmayıb. Bundan başqa, sənəddə qeyd olunub ki, Azərbaycanda sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin cari 3,6 Mbit/s orta sürətdən 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılacaq. Ancaq hazırda 5-6 Mbit/s – dir. Genişzoalaqlı internetdə elə ciddi dəyişiklik olmayıb. Ehtiyac var ki, açıqlama versinlər ki, filan müqavilə bağlanıb, filan iş görülüb”.
Əslində planlaşdırılan tədbirlərin icrasına maraqlı tərəflərin cəlb edilməsi nəzərdə tutulub. Sənəddə qeyd olunub ki, həm dövlət, həm də qeyri-dövlət sektorundan yerli və beynəlxalq tərəfdaşlar Strateji Yol Xəritəsinin icrası prosesinə cəlb ediləcəklər.
Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu nəzərə alsaq, İKT sektorunun inkişafının xüsusi əhəmiyyəti var. Neft qiymətinin sürətli dəyişkənliyi ayrı bir risk yaradır. İKT sektoru iqtisadiyyatın müxtəlifləşdirilməsi üçün vacibdir. Elə hökumıtin də İKT sektorunun inkişafından gözləntiləri var. Sözügedən Yol Xəritəsində qeyd olunub ki, 2020-ci ilədək olan dövr üçün strateji hədəfə nail olunması nəticəsində Azərbaycanda real Ümumi Daxili Məhsulun 235 milyon manat artacağı və 1450 yeni iş yerinin yaranacağı proqnozlaşdırılır. Bu təsirin reallaşdırılması üçün Azərbaycana potensial olaraq 585 milyon manat investisiya qoyuluşu tələb olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri