Previous Next
Bağla

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021 14:50
Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?
"Prezidentin rəqəmsallaşma, rabitə və informasiya texnologiyaları sahəsində tənzimləmə ilə bağlı verdiyi fərmanda diqqət cəlb edən bəzi məqamlar var".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz, Prezident İlham Əliyevin rabitə və informasiya texnologiyaları sahəsində tənzimləmə ilə bağlı verdiyi fərmanı şərh edərkən deyib.
 
Ekspertin sözlərinə görə, uzun illər bu sektorda tənzimləmə həmişə elə Nazirliyə məxsus olub. Yəni, Nazirlik özünün də subyekt olduğu İKT bazarını tənzimləyirdi. Nazirlikdə tənzimləmə adında bir şöbə olub və on illər ərzində bu şöbə də daha çox dövlət operatorları üçün üstün şərait yaratmaqla məşğul olub.
 
Odur ki, az qala yüzdən çox yaşı olan Azərbaycan telekommunikasiya sektorunda ayrıca tənzimləyici Agentliyin yaranması olduqca müsbət addımdır.
 
"Düşündürücü məqam odur ki, Fərmana görə Agentliyin rəhbərini Nazir təyin etməlidir. Daha ideal variant o ola bilərdi ki, bu Agentliyin rəhbəri Prezident tərəfindən təyin edilsin.
 
Çünki uzun illər oturuşmuş ənənəni dəyişmək, dövlət və özəl üçün bərabər şərait yaratmaq Agentlik üçün elə də asan olmayacaq".
 
Görəsən yenidən dövlət sektoru üçün daha münbit və daha üstün şərait yaradıla bilərmi ?
 
Osman Gündüz suala cavab olaraq bildirib ki, narahatlıq üçün hələlik elə də ciddi əsaslar yoxdur.
 
"Çünki, bu cür narahatlıqları yalnız və yalnız Agentliyin Nizamnaməsi əsasında aradan qaldırmaq olar. Nizamnaməni isə Prezident təsdiq edəcək. Ümid edirəm Nizamnamədə Agentliyin müstəqilliyini artıracaq, qərarlarının gücünü, təsirini qüvvətləndirəcək amillər özünə yer tapacaq".
 
Bu Fərmandan sonra radiotezlik spektri sahəsində 3 qurum fəaliyyət göstərəcək, Nazirlər Kabineti yanında Radiotezliklər Komissiyasının ləğvindən sonra yaradılan Dövlət Radiotezliklər Komissiyası, NRYTN-nin Dövlət Radiotezliklər İdarəsi və yeni yaranan İKT Agentliyi.
 
Ekspert bildirib ki, bu fərmanla radiotezlik sahəsində əsas tənzimləmə siyasəti Agentliyə veriləndən sonra Komissiyanın nə iş görəcəyi də suallar yaradır. Dövlət Radiotezliklər Komissiyanın ləğv edilməsi də yaxınlarda gözlənilən ola bilər.
 
Osman Gündüzün sözlərinə görə, daha bir diqqət çəkən məqam, bu gün verilən Fərmanla ölkə üzrə genişzolaqlı şəbəkədən istifadə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakının regionlar üzrə genişləndirilməsi və istehlakçıların genişzolaqlı internetlə təmin olunması istiqamətində zəruri tədbirlər görülməsinin nəzərdə tutlmasıdır. Artıq RİN bu istiqamətdə işlərə başlayıb. Hökumətin də bütövlükdə bu sahəyə diqqəti düşünürəm ki, Nazirin 2 il ərzində ölkədə internet problemini həll edəcəyi ilə bağlı verdiyi sözü daha da qüvvətləndirəcək.
 
"İki-üç il ərzində öz fəaliyyətini qura bilməyən NRYTN-nin İnnovasioyalar Agentliyinin ləğv edilib onun əsasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaranması da ümid edirəm ki startap və innovasiya sektorundakı durğunluğu aradan qaldıra biləcək. Yeni Agentlik daha çox sektorda bazar iştirakçısı olaraq deyil, tənzimləyici qurum olaraq fəaliyyət göstərəcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

Ekspert:İKT sektorunda tənzimləyici qurum nə zaman formalaşdırılacaq?

08-09-2022

Ekspert: NRYTN -da nə baş verir?

15-05-2020

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

04-10-2022

Yeni nazirlik: "Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir"

12-10-2021

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019

Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?

22-10-2021

Mikayıl Cabbarov haqsız rəqabətin qarşısını ala biləcəkmi ?

24-10-2019

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi hələ də formalaşmayıb-RƏY

27-03-2023

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

Mingəçevir Yüksək Texnologiyalar Parkında rezident çatışmazlığı var

20-05-2020

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018

Ekspert: Kimlər güclü antiinhisar ekosistemin yaradılmasında maraqlı deyil?

13-05-2020

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Qeyri-dövlət qurumlarının informasiya təhlükəsizliyi iləi RİTN nəzdində yaradılacaq Elektron Təhlükəsizlik Mərkəzi məşğul olacaq

27-09-2012

“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib

18-12-2021

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə