Previous Next
Bağla

NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?

26-01-2021 18:45
NRYTN-ə təyin olunan yeni nazir nə vəd edir?
Prezidentin sərəncamı ilə Azərkosmos-un sədri Rəşad Nəbiyev Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
 
Xeberler.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"İlk öncə dərhal qeyd etmək istərdim ki, NRYTN artıq əvvəlki nəhəng nazirlik deyil. Onun tərkibində olan əsas strateji qurumların (Aztelekom, Baktelekom, AzİnTelecom, Azercell və s.) idarəetməsi bir müddət öncə yaradılan Holdinqə həvalə edilib. Bu baxımdan Nazirlik qarşısında duran vəzifələr, prioritetlər qısa müddət öncə kəskin surətdə dəyişib.
 
Düşünürəm ki, yeni təyinatı da bu yöndə qiymətləndirmək doğru olardı. İndiki anda Nazirlik daha çox TƏNZİMLƏMƏ, səmərəli idarəetmə, rəqabətli mühitin formalaşması , innovasiyalar və sektorda dövlət siyasəti ilə bağlı məsələlərlə məşğul olmalıdır.
 
Düşünürəm ki, yeni nazir təyinatı da məhz bu konteksdə qiymətləndirilməlidir.
Nazirlik qarşısında duran vəzifələr baxımından , düşünürəm ki , Rəşad Nəbiyevin nazir təyinatı uğurlu hesab oluna bilər. Əvvəlki dönəmlərdə də o, məhz sektorda iqtisadi təhlillərə cavabdeh şöbəyə rəhbərlik edirdi.
 
Hətta xatırlayıram ki, uzun müddət öncə onun rəhbərlik etdiyi şöbə sektorun tənzimlənməsi ilə bağlı bir konseptual sənəd də hazırlamışdılar. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, Azərkosmos-a rəhbərlik etdiyi dönəmdə innovasiyalar və startap sahəsinin inkişafına da diqqət yetirməyə çalışırdı.
 
Bəs hazırda NRYTN taleyi necə olacaq. Struktur dəyişikliyi olacaqmı? Tənzimləyici qurum necə formalaşacaq, elə Nazirliyin əsasındamı yaradılacaq, yoxsa üzvləri Prezident tərəfindən təyin olunan Telekommunikasiya Şurası formalaşacaq?
 
Dövlətə məxsus olan rabitə resurslarından özəl və dövlət sektorun bərabər əsaslarla istifadəsi təmin olunacaqmı?
 
Rəqəmsallaşma, keyfiyyətli internet baxımından region və Bakı arasında bərabərsizlik aradan qalxacaqmı?
 
Sektorda həllini gözləyən problemlər çoxdur.
 
Ümid edirəm və inanıram ki, yeni nazir İKT sektorunu müasir çağırışlara cavab verəcək səviyyəyə qaldıra biləcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

“Rabitə nazirliyində ciddi kadr islahatları aparılır" - Osman Gündüz

06-02-2021

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

NRYTN tabeliyindəki İnnovasiyalar Agentliyi ləğv edilə bilərmi?

17-05-2019

Osman Gündüz Əli Abbasovun vəzifəsindən azad olunmasına münasibət bildirib

12-11-2015

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Ekspert: Yeni yaranan Agentlik dövlət və özəl sektor üçün bərabər şərait yarada biləcəkmi ?

12-10-2021

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

27-01-2020

Ekspert: Dövlət vəsaitləri almaq uğrunda sanki yarışa giriblər

06-11-2019

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

Ekspert: NRYTN -da nə baş verir?

15-05-2020

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026

Milli Telekommunikasiya Şurasının yaranmasına kim mane olur?

19-06-2019

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

26-01-2021

Telekommunikasiya və İKT sektorunda tənzimləmə necə olacaq?

14-12-2020

Ekspert : İndiyədək İKT sektorunda olmayan bir şirkətə necə 14 milyon vermək olardı?

28-02-2019

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025

Ekspert: Yüksək sürət üçün olan qiymətlər hətta bəzi özəl provayderlərdən də bahadır

11-08-2022

Ekspert: 70 nəfərlik tədbir üçün 70 min nəfərlik stadiona nə ehtiyac var?

02-09-2019

Hansı rabitə müəssisələri özəlləşdiriləcək və RYTN ləğv oluna bilərmi?

21-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə