Ekspert: Qazaxıstanda şagirdlərə kompüter paylanacaq - “Bizdə durum ürəkaçan deyil”

09-09-2020 / 18:44

Qazaxstanda hökumət distant təhsilin təşkili məqsədilə şagirdlərə 450 000 kompüter paylayacaq.

Xeberler.az bildirir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.

“Qazaxstanda da dərslər distant formada təşkil olunur. Təxminən 7 min məktəbdə 3 .3 milyon şagirdin təhsil aldığı bildirilir. Ehtiyacı olan şagirdlərin hamısının kompüter təminatını Kazaxstan hökuməti öz üzərinə götürüb. Hökumət bu məqsədlə monitorinq keçirib və bunun əsasında bu dərs ilində həssas qrupdan olan şagirdlərə 450 000 kompüter paylayacaq. Təkcə bir vilayətdə, Almatıda 55 min kompüter üçün büdcədən 19 milyon dollar, Nur Sultanda 34 min kompüter üçün 14 milyon dollar vəsait ayrılıb. Qazaxıstan hökuməti həmçinin həssas qrupdan olan ailələrin hər bir uşağının məktəbə hazırlaşması və məktəb ləvazimatı alması üçün 156 manat vəsait ödəyəcək”, - Osman Gündüz belə deyib.

Ekspert daha sonra əlavə edir ki, Azərbaycanda isə hələ də Təhsil və Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi şagirdlərin və tələbələrin kompüter təminatının və internetə əlçatanlığın vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələrini açıqlamayıblar: “Bildiyim qədər vəziyyət heç də xoşagələn deyil. Bu problemin həlli üçün hansı addımların atılacağı haqqında hələlik rəsmi bir açıqlama yoxdur”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə