Previous Next
Bağla

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021 19:26
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb
"Hökumət distant formada təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb, Təhsil Nazirliyi isə bu problemin həllini müəllimlərin və valideynlərin üzərinə atıb"
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Təhsil Nazirliyi ötən gün təşkil etdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Gözlənildiyi kimi Nazirlik çoxluğun distanta üstünlük verdiyini açıqlayıb.
Bunu nəzərə alan Nazirlik pandemiya müddətində əsasən distant təhsil formasına üstünlük verəcək.
 
Ekspertin sözlərinə görə, hələlik Nazirlik distantla bağlı, daha doğrusu distant təhsilin keyfiyyəti ilə bağlı zəruri olan bir çox məsələlərə aydınlıq gətirməyib.
Uzun müddət ölkədə distanta hazırlıq aparılmayıb. Texniki-texnoloji və hüquqi əsaslar yaradılmayıb:
 
"Baxmayaraq ki, Nazirliyin əlində bununla bağlı ictimai əhəmiyyət kəsb edən informasiyalar var, təəssüf ki, onlar indiyədək açıqlanmayıb:
 
1. Neçə müəlimin kompüteri yoxdur
2. Neçə şagirdin kömpüteri yoxdur
3. Neçə müəllim və ya şagirdin internet ödəniş imkanı yoxdur
4. Neçə şagird və müəllimin keyfiyyətli internetə əlçatanlığı yoxdur
5. Neçə müəllim və şagirdin distant üçün evdə normal şəraiti yoxdur və mənimsəmə zəifdir
6. Distant üçün zəruri olan rəqəmsal tədris resursları, metodiki təminat yetərlidirmi?
7. Neçə müəllim və şagirdin rəqəmsal bacarıqları yetərli deyil və s.
 
Bu sualların hamısının cavabı Təhsil Nazirliyində var. Fikrimcə, Nazirlik bilir ki, keyfiyyətli distantın təşkili üçün ölkə üzrə şərait qənaətbəxş deyil.
 
Güman etmək olar ki, bununla bağlı Təhsil Nazirliyi hökumətə də texniki-texnoloji dəstək üçün müraciət edib. Lakin məlum olduğu kimi indiyədək hökumət tərəfindən Təhsil Nazirliyinə bu istiqamətdə dəstək verilməyib.
 
Belə olan halda isə, nə qədər qəribə görünsə də Nazirlik problemin həllini müəllimlərin, şagirdlərin və valideynlərin üzərinə atmaq məcburiyyətində qalıb.
Görəsən bununla da biz Dördüncü sənaye inqilabının çağırışlarına cavab verən, rəqabətə davamlı ölkə üçün zəruri tələblərə cavab verən kadrlar hazırlaya biləcəyikmi"?
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

31-03-2021

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020

Təhsil Nazirliyi indiyədək ictimai əhəmiyyət kəsb edən informasiyanı açıqlamayıb

21-01-2021

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020

Ekspert: Qazaxıstanda şagirdlərə kompüter paylanacaq - “Bizdə durum ürəkaçan deyil”

09-09-2020

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

12-03-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

UNEC distant təhsilə hazırlaşır

23-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə