Previous Next
Bağla

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020 11:14
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Təhsil Nazirliyinin əlində qiymətli informasiya var”.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyib:

“Bu informasiya hazırda kifayət qədər ciddi ictimai əhəmiyyət kəsb edir. Nazirlik yay tətili müddətində bütün ölkə üzrə şagirdlərin və müəllimlərin internetə əlçatanlığı və kompüter təminatı ilə bağlı faydalı bir monitorinq və sorğular təşkil edib.

Bunun nəticəsi olaraq nazirliyin əlində təhsil alanlarla bağlı internetə əlçatanlıq və texniki-texnoloji vəziyyətlə haqqında informasiya toplanıb. Təəssüf ki, nazirlik indiyədək bunu açıqlamayıb. İnformasiya əldə edilməsi haqqdında qanuna görə bu tip informasiyalar məcburən açıqlanmalıdır. Düşünürəm ki, real vəziyyəti əks etdirən bu informasiya distant təhsilin bütün ölkə boyu keyfiyyətli formada tətbiqindən şübhələnmək üçün ciddi əsaslar yarada biləcək. Görünür, Təhsil Nazirliyi bu baxımdan onu açıqlamaq istəmir.

Hazırda real vəziyyət elədir ki, hökumət bütün ölkə boyu distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb. Digər ölkələrdə olduğu kimi bu problemin həllində hələlik əlavə büdcə resursları, digər köməkliklər səfərbər olunmayıb. Əksinə, vətəndaşların alıcılıq qabiliyyətini zəiflədə biləcək gömrük limitinin endirilməsi ilə bağlı Nazirlər Kabinetinin 305 saylı qərarın da sentyabrın 20-dən güvvəyə minməsi nəzərdə tutulub. Müşahidələr göstərir ki, distant formada təhsilin təşkilində ciddi problemlər var, təhsilin bu forada təşkilində ölkə üzrə təhsil xidmətlərinə əlçatanlıq yetərincə təmin olunmayıb”.

Ekspert bildirir ki, əhalinin 50 faizinin yaşadığı kəndlərdə xeyli sayda təhsil alanlar və təhsil verənlər təhsil prosesinin iştirakçısı olmaqdan məhrumdurlar:

“Eyni zamanda internetin qiymətləri də distant təhsilin keyfiyyətli formada təşkili üçün əlavə maneçiliklər yaradır. Təhsil Nazirliyinin isə distant formada təhsilin təşkilini keyfiyyətli olaraq reallaşdırmaq imkanları yoxdur. Bir daha bildirmək istərdim ki, mövcud vəziyyət həqiqət ürəkaçan deyil. Düşünürəm ki, Nazirlər Kabineti təcili olaraq Təhsil Nazirliyini, Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyini və digər əlaqəli və maraqlı tərəfləri bir araya gətirərək mövcud böhranlı vəziyyətdən çıxış yolu aramalıdır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021
Təhsil Nazirliyi indiyədək ictimai əhəmiyyət kəsb edən informasiyanı açıqlamayıb

Təhsil Nazirliyi indiyədək ictimai əhəmiyyət kəsb edən informasiyanı açıqlamayıb

21-01-2021
"Gömrüklə bağlı qərarın qüvvəyə minməsi alıcılıq qabiliyyətinə ciddi təsir edəcək"

"Gömrüklə bağlı qərarın qüvvəyə minməsi alıcılıq qabiliyyətinə ciddi təsir edəcək"

19-09-2020
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

31-03-2021
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Ekspert: Qazaxıstanda şagirdlərə kompüter paylanacaq - “Bizdə durum ürəkaçan deyil”

Ekspert: Qazaxıstanda şagirdlərə kompüter paylanacaq - “Bizdə durum ürəkaçan deyil”

09-09-2020
UNEC-də bütün dərslər distant keçiriləcək

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020
Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
“Təhsil Nazirliyi bunu etməyə borcludur” - Ekspert

“Təhsil Nazirliyi bunu etməyə borcludur” - Ekspert

17-09-2020
Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

21-01-2015
Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021
UNEC distant təhsilə hazırlaşır

UNEC distant təhsilə hazırlaşır

23-01-2024
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə