Previous Next
Bağla

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020 18:07
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur
"Gözəl hökumətimiz var.
 
Hökumətin yanaşması təxminən belədir : Şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatı bizlik deyil, distantı Təhsil Nazirliyi özü təşkil etməlidir. Ötən gün Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib.
 
Qaydalarda tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil edilməsi nəzərdə tutulub. Və cəmi bir yerdə DİSTANT sözü işlənib. Vəssalam.
 
Distantla bağlı başqa heç bir müddəa Qaydalarda yoxdur. Elə o nəhənglikdə Təhsil Qanununda da belədir. Yalnız bir yerdə distant sözü var. Bu distant formanı kompüter və internet olmadığı halda Təhsil Nazirliyinin, təhsil müəssisəsinin necə təşkil edəcəyi haqqında, distantın yaradacağı yeni hüquqi münasibətlər haqqında, istifadə olunacaq virtual tədris platformaları haqqında, distantın elmi–pedaqoji əsasları haqqında, distantda dərsin və qiymətləndirmənin necə təşkil olunacağı və s. bu kimi məsələlər haqqında Qaydalarda bir kəlmə də olsun müddəa yoxdur.
 
Məəttəl qalıram. Bu necə ola bilər ? Bunun məsuliyyətini kim çəkəcək ?
 
Bəlkə distant ekosistem mövcud olmadığına görə Nazirlər Kabineti Qaydalara konkret müddəalar daxil etməyib. Amma dərhal qeyd etmək istərdim ki, mövcud hüquqi-normativ bazaya baxsaq görərik ki, əyani təhsil verməklə bağlı öhdəlik götürən təhsil müəssisəsi bundan birtərəfli qaydada imtina edib distant təklif edirsə, onda düşünürəm ki, bu formada təhsil xidməti vermək üçün imkanlar da yaratmağa borcludur.
 
Düşünürəm ki, Təhsil Nazirliyi lənğimədən şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatı ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamalıdır.
Əminəm ki Təhsil Nazirliyinin əlində mövcud durumla bağlı yetərincə informasiya toplanıb.
 
Təhsil Nazirliyinin bu informasiyaları ictimaiyyətdən gizlədilməsini doğru hesab etmirəm. Təhsilə cavabdeh mərkəzi icra qurumu olaraq Təhsil Nazirliyi dərhal mövcud texniki-texnoloji durumla bağlı məlumatları açıqlamalı və hökumətdən, ayrı-ayrı qurumlardan distant təhsilin keyfiyyətli təşkili üçün kömək istəməlidir.
Əlbəttə anlaşılandır ki çətinlik var, Pandemiyanın gətirdiyi yeni çağırışlar var. Bu , tək bizim ölkəmiz üçün deyil. Bütün dünya yeni çağırışlarla üz-üzədir. Amma müşahidələr göstərir ki hökumətlər bu problemi həll etmək üçün daha effektiv qərarlar qəbul edirlər.
 
Həssas ailələrin texniki-texnoloji təminatını hökumətlər öz üzərinə götürür. Düşünürəm ki, Nazirlər Kabineti distant təhsilin təşkili üçün Təhsil Nazirliyinə köməklik göstərməli, əlavə resurslar ayırmalıdır. Hansısa bəsit formada , ənənəvi təhsillə bağlı Qaydaları təsdiqləməklə işi bitmiş hesab etmək doğru olmazdı. Əgər hökumət distantın təşkili qaydalarını tsədiqləmək məsuliyyətini öz üzərinə götürmək istəmirsə, düşünürəm ki, Təhsil Nazirliyi dərhal belə bir müvəqqəti Qaydaları özü hazırlamalıdır.
 
Bununla əlaqəli metodiki resurslar hazırlanıb müəllimlərə verilməlidir.
Təhsil Nazirliyi özü də kompüter və internet üçün NRYTN-a, provayderlərə və mobil oparatorlara, İT şirkətlərə müraciət etməlidir".
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

08-09-2020

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20-01-2021

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023

Distant formada təhsil alanların sənədləri tanınacaqmı ?

13-08-2013

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

31-03-2021

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

“Təhsil Nazirliyi bunu etməyə borcludur” - Ekspert

17-09-2020

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə