Previous Next
Bağla

Ekspert: Tarif Şurası 17 il ərzində radiotezliklərlə bağlı tariflərə baxmağa imkan tapmayıb

13-07-2021 15:28
Ekspert: Tarif Şurası 17 il ərzində radiotezliklərlə bağlı tariflərə baxmağa imkan tapmayıb
17 ildir ki, radiotezlik tarifləri dəyişməyib
 
"Tarif Şurası hər il işıq, qaz, su tariflərini dəyişməyə, daha doğrusu artırmağa baxmayaraq, təxminən 17 ildir ki, radiotezliklərlə bağlı tariflərə baxmağa imkan tapmayıb".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, 17 il ərzində isə dövlətə məxsus olan radiotezlik bazarında çox çey dəyişib. Yeni texnologiyalar və standartlar gəlib, yeni xidmətlər və avadanlıqlar, yeni yanaşmalar ortaya çıxıb, amma tariflər sabit qalıb:
 
"Necə ola bilər ki, 17 il ərzində bir neçə texnologiya dəyişən, bir neçə radiotezlik zolağı əldə edən, yüzlərlə ötürücülər, radiostansiyalar və baza stansiyaları quran, böyük gəlirlər əldə edən operatorlar, xarici şirkətlər və ya digər radiotezlik istifadəçiləri eyni tariflərlə ödəniş etsinlər.
 
Bu istiqamətdə bir qədər araşdırma aparsaq görmək olar ki, inkişaf etmiş ölkələrdə, qonşu ölkələrdə dövlətə məxsus olan radiotezlik resurslarından effektiv istifadə məqsədilə tezliklərin tarifləri dəfələrlə dəyişikliyə uğrayıb.
 
Hər inkişaf mərhələsində növbəti mərhələnin inkişafı üçün daha çevik və effektiv tarif hesablamaları və müxtəlif metodikalar təklif olunub. Tezlik məsələsində əsas problem odur ki, Tanrının bəxş etdiyi bu resurs dövlətə məxsusdur, məhduddur və hamıya çatmır".
 
Dövlət məhdud olan bu resursu səmərəlilik və effektivlik baxımından necə tənzimləməli, tarifləri necə müəyyən etməlidir ?
 
Osman Gündüz bildirib ki, tarif müəyyən olunarkən müxtəlif ölkələrdə müxtəlif yanaşmalar tətbiq olunur: sektoru idarə edən tənzimləyici qurumun xərclərinə görə (bu xərclər tezlik istifadəçilərin bəlli ödənişləri əsasında formalaşır), tezlik istifadəçisi olan operatorların gəlirlərinə görə, tezlik spektrinin iqtisadi dəyərinə görə, əhali sıxlığı və əhatə dairəsinə görə və s.. Stimulladırıcı ödəniş metoduna, innovasiyalara maraq yaradılmasına üstünlük verilir:
 
"Ölkələrin çoxunda tezlik resurslarının ayrılması üçün adətən hərraclar və müsabiqələr təşkil olunur. Ölkəmizdə radiotezlik tarifləri Tarif Şurasının 23 iyul 2004-cü il tarixli qərarı ilə təsdiqlənib.
 
Qeyd etdiyim kimi ötən müddət ərzində heç bir dəyişiklik edilməyib. Tarif Şurası bu məsələdə olduqca qüsurlu bir siyasət yürüdüb. Bildiyim qədər həmin dövr üçün müəyyən olunan qiymətlərə, nə qədər absurd səslənsə də indeksasiya da tətbiq edilmir.
 
Yəni 50-60 manat ödəməklə qızıldan qiymətli tezlik resursuna sahib ola, uyğun avadanlığı qeydiyyata ala bilərsən.Tarif Cədvəlindən görmək olar ki, tariflər üçün çoxlu sayda texniki-texnoloji xarakteristikalar, əmsallar tətbiq olunur".
 
Ekspertin sözlərinə görə, hədsiz aşağı və ifrat dərəcədə yuxarı həddə olan müəyyən tariflər var:
 
"Müşahidələrimiz göstərir ki, ölkəmizdə bir çox radiorabitə istiafdəçiləri tezlik resursları üçün “su qiymətinə” olan tariflərdən effektiv istifadə etmirlər. Daha doğrusu, cüzi ödənişlər etməklə başqaları üçün çox vacib olan tezlik resurslarından illərlə istifadə etmirlər. Mövcud tariflər stimullaşma üçün, yeni texnologiyaların tətbiqi üçün imkanlar yaratmır.
 
Düşünürəm ki, hökumət təcili olaraq radiotezliklərdən effektiv istiafdə məsləsinə diqqət yetriməlidir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, daha vacib tezliklər və tezliyin spektri, perspektiv tezlik zolaqları nəzərə alınmaqla, yeni texnologiyaların tətbiqini stimullaşdıran addımlar nəzərə alınmaqla tariflər müəyyən etmək üçün yeni metodika hazırlanmalıdır.
 
Radiotezliklərlə bağlı tariflərin müəyyən olunmasının yeni yaradılacaq müstəqil tənzimləyici quruma verilməsi daha doğru və məntiqli olardı. Çünki bu tariflər texnolgiyaların inkişafından asılı olaraq dəyişməli və elə bu inkişafın özünə təkan verə bilməlidir. Bunu isə sektordakı müstəqil peşəkar qurumun etməsi daha doğru olardı".
 

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

Ekspert: “Tezlik mənimdir, özüm bilərəm” dövrü başa çatdı

04-10-2022
RİNN radiotezliklərdən istifadə tariflərini yeni metodika əsasında müəyyən edəcək

RİNN radiotezliklərdən istifadə tariflərini yeni metodika əsasında müəyyən edəcək

28-09-2022
Radiotezliklərlə bağlı tarifləri RİNN müəyyən edəcək

Radiotezliklərlə bağlı tarifləri RİNN müəyyən edəcək

13-12-2022
Radiotezliklərdən istifadə məsələləri ilə bağlı dəyirmi masa keçirildi

Radiotezliklərdən istifadə məsələləri ilə bağlı dəyirmi masa keçirildi

07-10-2022
Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022
Azərbaycanda telekommunikasiya və radiotezliklərdən istifadə üzrə tarifləri yeni qurum müəyyən edəcək

Azərbaycanda telekommunikasiya və radiotezliklərdən istifadə üzrə tarifləri yeni qurum müəyyən edəcək

04-09-2023
Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009
Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

31-08-2009
Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

13-06-2020
Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023
Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

Ekspert: “Radiotezliklərin səmərəli və effektiv istifadəsi üçün komissiyanın ”mülkiləşməsi" mühüm şərt idi"

09-05-2021
Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

12-12-2019
Tarif Şurası RİTN-in təkliflərini müzakirə edib

Tarif Şurası RİTN-in təkliflərini müzakirə edib

05-01-2009
Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023
Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

10-11-2022
Ekspert : Tariflər təbii inhisar subyektlərinin mövqeyini qoruyub saxlamağa xidmət edir

Ekspert : Tariflər təbii inhisar subyektlərinin mövqeyini qoruyub saxlamağa xidmət edir

29-11-2018
Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025
Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026
Ekspert: "Generallar Komissiyası” haradadır?

Ekspert: "Generallar Komissiyası” haradadır?

02-03-2021
 İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

İKT sahəsində müstəqil tənzimləyici qurum yaradılacaq

30-12-2016
Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

13-07-2022
: Rabitə Nazirliyi poçt tariflərinin artırılmasına aydınlıq gətirdi

: Rabitə Nazirliyi poçt tariflərinin artırılmasına aydınlıq gətirdi

05-02-2011
“AzStateNet” optik şəbəkəsinə qoşulmanın yeni tarifləri təsdiq edilib

“AzStateNet” optik şəbəkəsinə qoşulmanın yeni tarifləri təsdiq edilib

05-01-2010
Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə