Previous Next
Bağla

Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib

12-12-2019 11:07
Ekspert müsabiqəyə çıxarılan radiotezliklə bağlı mübahisəyə rəy bildirib
MTRŞ ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan edib. Artıq 4 şirkət də müraciət edib.
 
Xeberler.az bildirir ki, 102.0 MHz efir radio tezliyi uzun illər Çingiz Mustafayevin adı ilə bağlı olan “ANS ÇM” radiostansiyasının istifadəsində olub. 2016-cı ildə “ANS-ÇM”-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalıb. MTRŞ -nin bu tezliyi müsabiqəyə çıxarması birmənalı qarşılanmayıb. Hətta tanınmış ziyalılar və ictimai xadimlər bununla bağlı ölkə başçısına müraciət ediblər.
 
Azərbaycan İnternet Formunun Prezidenti, İnformasiya texnologiyaları üzrə ekspert Osman Gündüz mövzu ilə bağlı bunları deyib:

"1. MTRŞ -in müsabiqə qərarı qanunidir. Allahın bəxş etdiyi bir təbii resurs olan tezlik resursu dövlətə məxsusdur. Dövlət onu hansısa müddətə istifadəyə verir. O zaman ANS ÇM bu haqqı qazanıb və ölkənin informasiya mühitinin inkişafında müstəsna rol oynayıb. Necə ki dövlətə məxsus olan hansısa bir əmlakın və ya nəyinsə istifadəsiz qalmağı ziyanlıdır, həmin yanaşma boş qalan tezliyə də aiddir. MTRŞ də dövlət qurumu olaraq, öz səlahiyyəti çərçivəsində addım atıb.

2. Şəxsən mən arzulayardım ki, bu tenderi ilk müstəqil radio olan ANS ÇM-in adı ilə bağlı qurum qazansın. Amma dövlətə məxsus tezlik resursunun digər prinsiplərlə, müsabiqədən kənar bölüşdürülməsi doğru olmazdı. Tenderə qatılan bəzi qurumlara müraciət etmək olar ki, ANS ÇM xeyrinə geri çəkilə bilərlər. Bu, daha uyğun variant olardı. Amma iştirak da onların haqqıdır. Hökuməti isə bu dövlət resursunu müsabiqəyə çıxarmaqda ittiham etmək ümumiyyətlə doğru olmazdı.

3. Düşünürəm ki, MTRŞ rəqəmli yayım problemini tezliklə həll etməlidir. Hətta , rəqəmsal problemi həll edəndən sonra 102Mhz tezliyi müsabiqəyə çıxarmaq daha faydalı ola bilərdi. Ümumiyuətlə mən MTRŞ-in tezlik resurslarından səmərəli istifadə etdiyini , efirə normal nəzarət etdiyini düşünmürəm. Adicə, digər bir dövlət qurumunun ildə 4 dəfə efiri tam olaraq söndürməsinə MTRŞ-in laqeyd qalması bunun göstəricisidir.

4. Halallıq məsələsi isə yalnız bir halda müzakirə predmeti ola bilər. Mütəxəssislər bilir ki, hansısa tezlik resursunu istifadəyə tam hazırlamaq üçün xeyli xərc çəkmək lazım gəlir. Yəni bəlli tezlik resursu başqa radiorabitənin müdaxilələrinə məruz qalır. Adətən bu təmizləmə xərclərini Dövlət Radiotezliklər İdarəsi çəkir. Amma bəzən bunu tezlik əldə edənin də üzərinə qoyurlar. Əgər zamanında 102Mhz sahiblərinin belə xərcləri olubsa, hansı ki, onu qanunla dövlət qurumu etməliydi, amma ola bilər ki, bunu ANS ÇM edib. Tenderə qatılan qurumların bunu nəzərə alması da bir vicdan, halallıq məsələsi ola bilər. Yəni qalib gələn digər qurum, sadəcə bunu nəzərə ala və ya almaya bilər".

Osman Gündüz məsələ ilə bağlı bəzi ictimai xadimlərin imzaları olan müraciətə də diqqət edib: "Düşünürəm ki, problemin yuxarıda 2-ci bənddə yazdığım çərçivədə həlli daha ağlabatan və qanuni ola bilər. Yəni, qanuni yol odur ki, bəlkə də müraciətin ünvanı dəyişməlidir"
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MTRŞ ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

31-08-2016

ANS-in tezliyi hər hansı bir yayımçıya verilməyənə qədər boş qalacaq

05-08-2016

ANS-in MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmə keçirilib

10-08-2016

Ermənistan Azərbaycanın tezlik resurslarından istifadə hüququ əldə edib?

13-06-2020

Xəbər kanalının açılması üçün 3 iddiaçı - Adları

11-04-2019

Azərbaycan İnternet Forumunun məlumatı

26-12-2008

Qarabağda radioyayım lisenziyasını kim qazanacaq?

13-03-2021

MTRŞ qərarını geri götürdü- “Hesabat” verilişinin yayımı bərpa edildi

23-01-2016

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010

MTRŞ 102 MHz tezliyi ilə bağlı müsabiqəni ləğv edib

11-01-2020

MTRŞ-nın ANS-ə qarşı iddiası əsasında məhkəmə iclası keçirilib

26-07-2016

«XARİCİ RADİOSTANSİYALARA HEÇ BİR TEZLİKDƏ YAYIM LİSENZİYASI VERİLƏ BİLMƏZ»

09-01-2009

ANS məhkəmə qərarından apellyasiya şikayəti verib

07-09-2016

Məhkəmə ANS-in daha bir şikayətini təmin etməyib

14-09-2016

ANS-in növbəti məhkəməsinin vaxtı açıqlanıb

11-10-2016

Məhkəmə ANS ÇM-in iddiasını təmin etməyib

09-09-2016

Məhkəmə ANS-in MTRŞ-a qarşı iddiasını təmin etməyib

12-11-2015

Teleradio yayımçılarına lisenziyaları hansı orqan verə bilər?

09-09-2016

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016

Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib

21-09-2016

Milli Televiziya və Radio Şurası radioların monitorinqinə başlayıb

09-10-2009

ANS-in lisenziyasının ləğvi ilə bağlı məhkəmə başlayıb

29-07-2016

ANS Ali Məhkəməyə şikayət etdi

01-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə