 
 	
						 
 	
 				
“ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin “Deneyap" texnologiya proqramı şagirdlərdə elm və texnologiyaya marağın artırılması, eləcə də XXI əsrin tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması məqsədi daşıyır.
Xeberler.az məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında "ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov deyib. “Proqram üç il müddətinə nəzərdə tutulub və qəbul imtahan əsasında həyata keçirilir. İlk iki ildə şagirdlər süni intellekt, əşyaların interneti, kibertəhlükəsizlik, robototexnika və digər istiqamətləri əhatə edən 11 modul üzrə təlimlər keçirlər. Sonuncu ildə isə onlar müxtəlif layihələr üzərində işləyərək yaradıcı düşüncə, texniki biliklərlə yanaşı, yumşaq bacarıqlarını da inkişaf etdirirlər. Bu gün “Bilim Bakı” mərkəzinin ilk Məzun günüdür. 80 şagirdimiz məzun olur. Onların hər birini bu münasibətlə ürəkdən təbrik edir, gələcək təhsil və karyeralarında uğurlar arzulayırıq”, – deyə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”nin direktoru qeyd edib.
Vüsal Rüstəmov deyib ki, hazırda “Bilim Bakı” və “Bilim Quba” mərkəzlərində yeni seçilmiş qruplar üzrə “Deneyap” proqramı davam etdirilir. Hər mərkəzdə 80 şagird bu proqramdan faydalanır. O bildirib ki, “ASAN xidmət” olaraq bu istiqamətdə həyata keçirilən fəaliyyətlər ölkədə elm, texnologiya və innovasiyaların inkişafına mühüm töhfə verir.
 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 
 Windows 10-u necə sürətləndirmək olar?
 
 Bizi idarə edən güc: Netokratiya
 
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 
 Facebook müəmması
 
 4G mobil texnologiyası niyə ləngiyir?
 
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 
 Satışa çıxarılmış Azərbaycan adları