Previous Next
Bağla

Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?

13-11-2021 12:36
Ekspert: "Yeni nəsil" şəxsiyyət vəsiqələri yenilənə biləcəkmi?
Uzun illərdir həllini gözləyən problemlərdən biri də "yeni nəsil" şəxsiyyət vəsiqəsindəki e-imza məsələsidir.
 
Hansı ki, bu vəsiqələrədəki e-imzanın indiyədək də heç bir əhəmiyyəti yoxdur, heç bir yerdə istifadə etmək mümkün deyil. Çünki, hələ də, e-imza aktivləşdirilməyib.
Baxmayaraq ki, 2014-cü ildə bununla bağlı Prezident fərman verib, lakin indiyədək bu fərman icra edilməyib.
 
Xeberler.az bildirir ki, məsələyə bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, səbəb olaraq müxtəlif versiyalar səslənsə də, e-imza bazarında "Asan imza"nın hökmranlığında maraqlı olanların müqaviməti daha çox diqqət çəkir.
 
"Cavabdeh qurum olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) e-imzanı akivləşdirmək üçün hər şeyin hazır olduğunu dəfələrlə bəyan etsə də həmin qeyd olunan maraqlı tərəflər 7 ildir ki, buna imkan verməyiblər.
 
Ümumiyyətlə, görünən odur ki, əvvəlki nazirlər, Əli Abbasov və Ramin Quluzadə, dəfələrlə rəsmi açıqlamalar versələr də bu problemi həll edə bilmədilər.
 
Görünür ki, müqavimət göstərən tərəfin idarəsini qırmağa gücləri çatmadı. Biz də yazmaqdan yorulduq və bir müddət bu məsələ unuduldu".
 
İndi bu sahədə vəziyyət necədir?
 
"Rəşad Nəbiyev nazir təyin olunandan sonra bu sahədə müəyyən dirçəliş hiss olunur. Problemin həll ediləcəyi ilə bağlı müxtəlif səviyyələrdə açıqlamalar verilib.
 
Bir neçə gün öncə RİNN rəsmiləri yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın aktivləşdirilməsi ilə bağlı qanunvericilik layihəsinin hazırlandığını bildirib. Belə görünür ki, RİNN problemi həll etməkdə israrlıdır və həlli üçün nisbətən uzun müddət tələb edilsə də, daha ağlabatan yol seçilib.
 
Hətta “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində də yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların hazırlanması üçün büdcədən 48.3 milyon manat ayrılması nəzərdə tutulub".
 
Osman Gündüzün sözlərinə görə, mobil imza sahəsində Asan imza-nın inhisarçılığı ölkədə rəqəmsallaşmaya ciddi zərbə vurur. Rəqəmsal prosesləri ləngidir. Vətəndaşlarımız rəqəmsal üstünlük qazana bilmirlər.
 
"Nə qədər faydalı olsa da, Asan imza-nın inhisarçılığı, əsassız qiymət artımları rəqəmsal transformasiyaya ciddi ziyan vurur, bu dövlət layihəsindən hər ay kimlərsə təxminən 1 milyon manat qazanc götürür.
 
Hazırkı mobil imza inhisarçılığı şəraitində RİNN-in operator olduğu elektron imzaya əlçatanlığın artırılması, yeni bir mobil imzanın istifadəyə verilməsi istiqamətində addımların atılması da məntiqli olardı".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

Ekspert: Yeni nəsil rəqəmsal imza, ASAN İmzanın inhisarçılığına son qoyacaq

10-02-2022
Osman Gündüz: Faydalı olan dövlət layihələrini kimlər faydasız edib ?

Osman Gündüz: Faydalı olan dövlət layihələrini kimlər faydasız edib ?

10-03-2021
Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

Ekspert şəxsiyyət vəsiqəsindəki elektron imzanın rüsumundan danışdı

01-09-2018
Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

Nazir müavini : Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir

11-02-2019
Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019
Ekspert: "Asan imza" sistemi çöküb

Ekspert: "Asan imza" sistemi çöküb

23-02-2023
Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

Ekspert : "Yeni nəsil şəxsiyyət vəsiqələri ortada yoxdur"

22-10-2018
"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

"Asan imza"nın inhisarçılığı başa çatmaq üzrədir-ŞƏRH

25-04-2023
ASAN imza problemi davam edir

ASAN imza problemi davam edir

28-03-2019
Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

Ekspert yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesini şərh etdi

30-08-2018
Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018
Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

Yeni şəxsiyyət vəsiqələrdə e-imza ödənişsiz olacaq

04-12-2017
Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

Ekspertlər şəxsiyyət vəsiqələrinin təhlükəsizliyindən danışdı

01-09-2018
Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

Verilən vəsiqələrin heç birində e-imza aktivləşdirilmir

24-09-2018
ASAN imza probleminin həllini kimlər çətinləşdirib? Ekspertdən açıqlama

ASAN imza probleminin həllini kimlər çətinləşdirib? Ekspertdən açıqlama

20-07-2020
Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

Ekspert : ASAN imzanın inhisarçılığına son qoyulmalıdır

07-03-2019
"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026
AİF prezidentə müraciət edib

AİF prezidentə müraciət edib

09-08-2018
Ekspert: SİMA nə zaman populyar olacaq?

Ekspert: SİMA nə zaman populyar olacaq?

17-05-2022
“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024
Yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub

Yeni nəsil elektron imzanın Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub

25-11-2021
Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018
Osman Gündüz: "Asan imza" yenə çöküb

Osman Gündüz: "Asan imza" yenə çöküb

04-03-2025
Ekspert: "Adi müraciət üçün fermerdən ASAN imza tələb olunur"

Ekspert: "Adi müraciət üçün fermerdən ASAN imza tələb olunur"

08-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə